Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş və indiki əri ilə birlikdə yaşayır - Foto

İngiltərənin Birkenhed bölgəsinin sakini olan Syu Qardner cəsarətli addım adıb. 49 yaşlı qadın həm keçmiş, həm də indiki əri ilə birlikdə yaşayır.

Bizimyol.info xəbər verir ki, Qardner keçmiş əri Con Fizerstounla 1990-cı ildə tanış olub, evləniblər. Əvvəlcə hər ikisi özünü xoşbəxt hiss edirmiş. Sonra münasibətlər soyuyub. “Daily Mirror” qəzetinə danışan Syu ayrılmaq istəyinə Conun isti yanaşmadığını deyib. Amma boşanıblar. 2010-cu ildə Syu Kevinlə tanış olub və onunla birlikdə yaşamaq üçün Şimali İrlandiyanın paytaxtı Belfasta köçüb. Con bu müddətdə keçmiş arvadını dəstəkləyib. Hətta onlara təyyarə bileti alıb. Günlərin birində Syu və Kevinə zəng vuran Con ağciyər xərçənginə tutulduğunu bildirib. Bundan sonra yeni ailə Fizerstounun qayğısına qalmaq qərarına gəlib. İndi onlar üçlükdə yaşayırlar.

Kevin, Con Fizerstoun, Syu Qardner

Syu müsahibəsində deyib ki, Conla evlənəndə ağır günündə yanında olacağına söz vermişdi. Kevin evlərində üçüncü adamın yaşamasına görə narahatlıq keçirmədiyini söyləyib. Onun fikrincə, mümkün qədər insanpərvər davranış göstərmək lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »