Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hedc fondlarından neftin qiyməti ilə bağlı açıqlama

Hedc fondları (Hedge fund) neftin qiyməti üzrə artım proqnozlarını qoruyur.

Hedc fondlarının “Brent” markalı xam neftin qiyməti üzrə uzunmüddətli mövqeləri son 7 ayın maksimumuna yüksəlib. 2019-cu ilin sonlarında hedc fondlarının neftin qiyməti üzrə nikbinliyi may ayından bəri ən yüksək səviyyəyə çatıb.

Hedc fondlarının “Brent” neftinin qiyməti üzrə uzunmüddətli mövqeləri son 10 həftədə 9-cu dəfə artaraq ötən 7 ayın ən yüksək səviyyəsinə qalxıb.

Ekspertlərə görə, buna səbəb ABŞ-la Çinin ticarət danışıqları, OPEK-in neft hasilatını daha da azaltması, sentyabrda Səudiyyə Ərəbistanının neft obyektlərinə təşkil edilən hücumlardır. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »