Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış aktyor Atatürk rolunu oynamaqdan imtina etdi

TRT Türkiyənin milli lideri Mustafa Kamal Atatürk haqqında mini serial çəkilişlərinə başlamağa hazırlaşır. Amma baş rol ifaçısı məsələsinə hələ aydınlıq gəlməyib.

Bizimyol.info xəbər verir ki, tanınmış aktyor Kıvanç Tatlıtuğ Atatürk rolunu oynamaqdan imtina edib.

Kıvanç Tatlıtuğ Kıvanç Tatlıtuğ

O, mətbuata açıqlamasında 8 hissəlik “Ya İstiqlal Ya Ölüm” serialında yer almaqdan məmnunluq duyduğunu, amma üzrlü səbəbdən sonradan “yox” cavabı verdiyini deyib: “Düzdür, mənə təklif olmuşdu. Ən çox oynamaq istədiyim obrazlardan biri Atatürk rolunu canlandırmaq şərəf olardı. Amma əvvəlcədən başqa layihəyə razılıq vermişəm. Təəssüf ki, buna görə TRT-yə müsbət cavab verə bilmədim”.

Mini serialın rejissoru Yasin Usludur. Çəkilişlərə martda başlanılacaq.

Son xəbərlər
Bütün xəbərlər »