Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Distant təhsil alanların diplomları tanınacaq

Ölkə Prezidenti Cənab İlham Əliyevin fərmanı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb.

Qurumun hansı istiqamətdə fəaliyyət göstərəcəyi barədə Bizimyol.info-ya danışan təhsil eksperti Kamran Əsədov bunları deyib:

“1. Agentlik Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yəni göstərdiyi xidmətlərlə maliyyələşən təşkilatdır.

2. Təhsildə Keyfiyyət Təminatı Agentliyi indiyə qədər fəaliyyət göstərən Akkreditasiya və Nostrifikasiya İdarəsinin bazasında formalaşacaq.

3. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bundan sonra təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.

4.Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş sənədləri təstiq edəcək. Bu nə deməkdir?

Bu o həmdə o deməkdir ki, yaxın illərdə ölkəmizdə distant təhsil alanların da diplomları tanınacaq.

5. Ən maraqlısı:

hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi ilə bağlı təklif etmək hüququna malikdir. Və ya təhsil müəssisələrinə tələbə qəbulu proqnozunun formalaşdırılması prosesində iştirak etmək hüququ var ki, bu da yeni və vacib məsələdir.

6. Və ilk dəfə olaraq, ölkədə bir qurum:

A) effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etmək, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasına nəzarət edəcək.

B)müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək verəcək.

Düşünürəm ki, bu agentlik keyfiyyətin ölçülməsi üçün qəbul və buraxılış imtahanlarını təhlil edəcək, ali təhsil müəssisələrinin tədris proqramını ciddi şəkildə təhlil edəcək.

Ümumilikdə Prezident tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılması olduqca müsbət bir addımdır. Bu onu göstərir ki, ölkə prezidenti təhsilin inkişafında, keyfiyyətin artmasında, ali təhsil müəssisələrimizin dünya reytinqində yüksəlməsində maraqlıdır.

Agentliyinin nizamnaməsi kifayət qədər əhatəlidir. Təhsil sistemində böyük işlər görməyə imkan verir”,- deyə o qeyd edib.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »