Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdaşda yeni il şənliyi üçün quraşdırılan şam ağacı yanıb – Video

Dünən aşxam saatlarında Ağdaş rayonunda Yeni il şənliyi üçün quraşdırılan süni şam ağacı yanıb.

Bu barədə Bizimyol.info-ya rayon sakini məlumat verib.

Hadisənin şahidi olan izləyicimiz hadisəni telefonun yaddaşına köçürüb.

Ehtimal olunur ki süni şam ağacı pirotexniki vasitələrin partlaması nəticəsində yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumat görə, Ağdaş rayonunda Yeni il şənliyi üçün quraşdırılan 10 metr hündürülüyündə süni şam ağacı yanıb.

Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanan süni şam ağacanın videogörüntüsünü təqdim edirik:

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »