Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən zəhərli balığın dişindən insan üçün diş protezi hazırlanacaq

Türkiyə tibb elmində bir ilkə imza atır. İskenderun Texniki Universitetinin ( İSTE) əməkdaşları apardıqları uzunmüddətli araşdırmalardan sonra balıqçıların qorxulu yuxusu olan Fuqudan- yəni şar balığından insan dişi protezində istifadə etməyin mümkünlüyünü kəşf ediblər.

Bizimyol.info xəbər verir ki, doktor Cemal Turan və onun komandası yalnız yaponlar tərəfindən istifadə olunan zəhərli fuqu balığının çox sərt dişlərindən protez hazırlanmasında istifadə oluna biləcəyini israr edirlər.

“Son zamanlar Türkiyə dənizlərində şar balığı çox yayılıb.Bu iqtisadiyyatımıza ziyan vurur. Bu balıqlar digər balıq sürülərini məhv edirlər.Onların çox sağlam və kəskin dişlərində diş protezlərinin hazırlanmasında istifadə edəcəyik. Bu balıq ən öldürücü zəhərə malikdir. Elə bu səbəbdən ovlanması və satılması qadağandır.Tutulan Fuqa balıqları dişləri çıxarıldıqdan sonra xaricə ixrac ediləcək. Kanada bu balıqda xərçəng xəstəliyinin müalicəsi üçün dərman vasitəsi hazırlayır.İldə 5 ton zəhərli şar balığı ixrac edəcəyik.Türkiyə isə estetik və protez dişlərin hazırlanmasında, dolğu madddəsi olaraq Fuqa dişlərinin istifadəsinə başlayacaq”, - deyə o bildirib.

Yaponiyada populyar bir deyim var: “Fuqu yeyənin ağlı yoxdur, ancaq fuqu yeməyənin də ağlı yoxdur”. Fuqu balığı Yaponiyanın ən bahalı və ölümcül qorxulu yeməklərindən biri sayılır. Fuqu balığının bədəni insan orqanizmi üçün çox təhlükəli olan tetrodotoksin maddəsindən ibarətdir. Bu zəhər Afrika aborigenlərinin ova çıxarkən oxlarının ucuna sürtdüyü qurbağa zəhəri kuraredən 40 dəfə güclüdür və insan orqanizminə düşən zaman nəfəs almanı mümkünsüz edir. Bununla əlaqədar olaraq bu balığı bişirmək üçün aşbazlar üç ilə yaxın xüsusi təlim keçməlidirlər. Keçmişlərdə restoranda fuqu balığından zəhərlənib ölən olurdusa, həmin restoranın aşpazı xüsusi ayini yerinə yetirərək harakiri etməli idi - yəni özünü öldürməli idi. İndinin özündə Yaponiyada hər il iyirmiyə yaxın adam fuqu balığının ətindən zəhərlənib ölür, ancaq bunlar bir qayda olaraq balığı özləri hazırlamağa cəhd etmiş adamlardır. Restoranlarda peşəkar aşpazların hazırladıqları yeməkdən ölmək ehtimalı azdır. Bu balıqdan hazırlanmış naharın qiyməti 1000 dollardan yuxarıdır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »