Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doğum evində təhlükə - Məsələni ictimailəşdirdiyinə görə həkimə töhmət verilib

“Suraxanı doğum evində uşaqlarda bilirubini yoxlamaq üçün reaktiv yoxdur”.

Bizimyol.info xəbər verir ki, bu barədə Pediatr Aytən İsmayılzadə bildirib.

Həkimin sözlərinə görə, tanıdığı şəxsin həmin tibb müəssisəsində doğum edib: “Suraxanı doğum evində doğulan uşaq barədə yazıram. Uşaq artıq yeddi gündür ki doğulub, amma hələ də bilirubini yoxlanılmayıb. Bilmirik, bilirubin bəlkə də 300-u keçib və onun beynini zədələməkdədir. Bilirubin beyinə keçə bilən və onun toxuması üçün toksiki olan maddədir .

Mənə yaxın bir xanım orda doğum etdi. Mən də zəng etdim uşağın vəziyyəti ilə maraqlandım. Süni qida verilməsinə icazə verməsin dedim. Dedim ki saarılığa görə bilirubinin yoxlanılmasını gözləyək. Ana mənə bildirdi ki, bəs burda elə bir şey edilmir. Yəni bilirubin yoxlamaq mümkün deyil. Süni qida isə artiq verildi. Neonatoloqla danışdım. Süni qida məsələsini keçdim, bu bilirubin reaktiv niyə yoxdu dedim. O bildirdi ki, bizdə əvvəldən də olmayıb, Səhiyyə Nazirliyi vermir, valideynin öz razılığı ilə başqa yerə göndəririk. O da gedir orda sınaq şüşəsi gətirir, biz də qanı göndəririk. Çünki sınaq şüşəmiz də yoxdur. Mən söylədim ki, bəs axı belə olmaz”.

Həkim bildirib ki, Səhiyyə Nazirliyinin mətbuat katibinə mesaj vasitəsilə müraciət edib: “Ordan mənim özümə cavab verilməsə də, Suraxanı doğum evinin baş həkiminə bildiriş gedib. Baş həkim həmin ananı çağırıb deyib ki, “Aytən İsmayilzadə səninlə bağlı şikayət edib. Ona de ki, şikayətini geri götürsün. Sənə bilirubin yoxlamaq lazımdırsa mən təşkil edərəm”.

Deməli, ehtimal edirəm ki, Səhiyyə Nazirliyi reaktiv verir, baş həkim isə satır, ya da Səhiyyə Nazirliyi. reaktiv verir, baş həkim isə onu işlədəcək aparatı yoxa çıxarıb. Ola da bilsin ki, Səhiyyə Naz. reaktiv verir, baş həkim isə onu test edə biləcək laborantı həmişəlik məzuniyyətə göndərib .

Yeri gəlmişkən, ortada gəzən tibb bacıları da bu məsələyə münasibətsiz qalmadılar, “sən pis vaxta düşdün, laborantımız filankəs doğum edən qızının yanına-xaricə gedib, bir aydır ki, yoxdur, yoxsa o həll edərdi". Burda sual yaranır, reaktiv yoxdursa o necə həll edəcəkdi əcəba? Yalan nəticə yazmaqlamı? Arada olan uşağa və o mənimlə danışan neonatoloqa oldu. Baş həkim “daxili sirri açdığına görə” onu çağırıb yaxşıca danlayıb”.

Pediatır baş pediatr və baş neonatoloqa müraciət edib: “Nəsib doktor və Rustəm doktor, bu işlər sizin nəzarətdə olmalı deyilmi? Bir nuansı da deyim, Rüstəm doktorun sədri olduğu Neonatoloji Komissiya ilə bağlı Doğum evinə ana südü ilə bağlı komissiya gəlmiş və hər kəs suni qida qablarını gizlətmişdi. Onlar gedəndən sonra isə köhnə hamam, köhnə tas.

Bir məqam daha… Uşaq ağlamasın deyə xəstəxanada dimedrol vurub, ağzına da ketotifen əzib töküblər. Sonra da uşağı 8 saat idi ki, ayıldıb əmizdimək olmurdu. Həkim də “ananın döşü boşdu” deyib səsini başına atmışdı.

İndi uşaq evdədir, ailə üzvləri də ordakı həkimlərsayağı bilirubin yoxlada bilmir və istəmir. Uşaq isə nə o həkimlərin, nə o ailənindir. Uşaq bizim millətindir”.

Ramid İbrahimov

Bizimyol.info

Aytən Ismayılova - FB

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »