Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
London derbisi: “Çelsi” “Arsenal”ı məğlub edib – Video

İngiltərə Premyer Liqasının XX turunda “Arsenal” öz meydanında “Çelsi”ni qəbul edib.

London derbisi qonaqların 2:1 üstünlüyü ilə başa çatıb.

Oyunda ilk qolu 13-cü dəqiqədə “Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq vurub.

Matçın sonunda “Çelsi” dörd dəqiqə ərzində iki top vuraraq qələbə qazanıb. “Zadəganlar”ın heyətində Jorjinyo və Abraham fərqləniblər.

“Çelsi” 35 xalla turnir cədvəlinin dördüncü yerində qərarlaşıb. “Arsenal” 24 xalla 12-cidir.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »