Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda etiraz aksiyalarında iştiraka görə 20 nəfər saxlanılıb

İranın təhlükəsizlik qüvvələri ölkədə benzinin qiymətlərinin artmasına qarşı keçirilən etiraz aksiyalarının 20 iştirakçısını saxlayıb.

"Anadolu" agentliyi xəbər verir ki, bu bardə yerli KİV məlumat yayıb.

Bildirilir ki, Qum şəhərinin polis rəisi Abdurrza Aqaxani qarışıqlıqlara, tətillərə və hakimiyyətin devrilməsi məqsədi ilə itaətsizlik aksiyalarına çağırışlara görə 14 nəfərin tutulması haqqında bildirib.

Bundan başqa, aksiyaların 3 iştirakçısı İsfahanda, Nəcəf Abadda və daha 3 nəfər isə Lurestan əyalətinin Azna rayonu ərazisində saxlanılıb.

Xatırladaq ki, İranda noyabrın 15-də benzinin qiyməti bahalaşıb və onun pərakəndə satışına kvota tətbiq edilib. Benzinin qiymətlərinin artmasına qarşı etiraz aksiyaları Tehranda, Təbrizdə, Məşhəddə, Ahvazda, İsfahanda, Yezddə və Kerecdə başlayıb. Polis etirazların gedişatına müdaxilə edib, ölənlər və yaralananlar var.(report)

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »