Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Putin Donald Trampa təşəkkür edib

Amerika kəşfiyyatı Rusiyada terrorun qarsısın alıb

“FSB” Sankt-Peterburqda terror aktları hazırlamaqda şübhəli bilinən şəxsləri saxlayıb.

Yeni il ərəfəsində hücumu hazırlaşan terrorçular Rusiya xüsusi xidmət orqanlarının amerikalılardan aldığı məlumatlar əsasında həbs edilib.

Rusiyanın “TASS” agentliyinin xəbərdə o da vurğulanır ki, “FSB” terrorçuları 27 dekabrda yaxalayıb.

Həbs olunan şəxslərdən hücum hazırlığını təsdiqləyən dəlil və materiallar da aşkar edilib.

Artıq Rusiya Cinayət Məcəlləsinin 30-cu (cinayət törətməyə hazırlıq), 205-ci (terrorizm) və 205.1 (terror təşkilatının fəaliyyətində iştirak) maddələri ilə cinayət işi açılıb.

Bu əməliyyatla bağlı Vladimir Putin telefon danışığı zamanı Amerikalı həmkarı Donald Trampa Rusiyadakı terror hücumlarının qarşısını almaqda xüsusi rol oynamış kəşfiyyat məlumatlarının ötürülməsinə görə təşəkkür edib. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »