Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anarın dünya çempionunu öldürməsinin yeni görüntüləri – VİDEO
Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun azərbaycanlı idmançı Anar Allahverənov tərəfindən döyülərək öldürülməsinin yeni görüntüləri yayılıb.

AzVision.az-nun verdiyi xəbərə görə, görüntülərdən məlum olur ki, davadan əvvəl Anar Allahverənov Andrey Draçovla söhbət edib. Daha sonra rusiyalı idmançı Anara hücum çəkib.

Məlumata görə, davaya Draçovun Anarı təhqir etməsi səbəb olub.

Qeyd edək ki, sentyabrın 19-u Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən Xabarovsk vilayətinin vətəndaşı, azərbaycanlı idmançı Anar Əlyar oğlu Allahverənov Federal Təhlükəsizlik Xidmətinə könüllü təslim olub.

Həmyerlimizə qarşı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Əgər onun günahı sübuta yetirilsə, 20 il və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.

Son xəbərlər
Bütün xəbərlər »