Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeraltı keçidə su damır, esklator işləmir - Video

Paytaxtda piyadaların yolu rahat və təhlükəsiz keçməsi üçün yeraltı və yerüstü keçidlər inşa olunub. Amma əksər zamanlarda bu keçidlərdə eskalatorlar işləmir.

Eskalatorların işləməməsi hamıya, xüsusilə də yaşlı insanlara çətinlik yaradır. Son nəticədə insanlar yeraltı keçidlərdən istifadə etməməyə, nəqliyyat vasitələrinin sıx olduğu yollarla hərəkət etməyə üstünlük verirlər. Bu isə təhlükəsizlik qaydalarına ziddir.

Bizimyol.info xəbər verir ki, 2015-ci ildə Ağ Şəhər Bulvarında açılışı olan yeraltı keçidə su damır, eskalator işləmir. Belə ki su xəttinin yararsız vəziyyətə düşməsi nəticəsində yeraltı keçiddə materialların qopması eskalatorda hərəkət edən şəxslərin həyatına təhlükə olduğu üçün eskalatoun fəaliyyəti dayandırılıb.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »