Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının bəzi küçələrinə LED işıqlar quraşdırılıb - Video

Bakının bir sıra mərkəzi küçələri fərqli şəkildə işıqlandırılıb.

Bizimyol.info xəbər verir ki, Yeni il bayramı ərəfəsində paytaxtın Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Həzi Aslanov və digər mərkəzi küçələr Yeni il ərəfəsində xüsusi olaraq işıqlandırılıb.

Ümumilikdə 12 küçədə 8 km boyunca 175 binaya LED işıqlar quraşdırılıb. Bu küçələrdə quraşdırılan LED işıqlar bayram əhvalına bir istilik qatıb. Bayramqabağı küçələrin bu cür işıqlandırılması sakinlərin də ürəyincə olub.

İşıqlandırma işləri Bakı Abadlıq Xidməti tərəfindən həyata keçirilib.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »