Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən zəngin insanlarının sərvəti 1,2 trilyon dollar artıb - Reytinq

Dünyanın ən zəngin insanlarının sərvəti 2019-cu ildə 1,2 trln. dollar (25%) artaraq 5,9 trln. dollar təşkil edib.

Bu barədə “Bloomberg Billionaires Index” (BBI) tərəfindən tərtib olunmuş reytinqdə bildirilir.

Məlumata əsasən, artım lideri fransalı biznesmen Bernar Arno (“Louis Vuitton”, “Hennessy”, “Christian Dior” və “Perignon” brendinin sahibi) olub. Bizimyol.info Oxu.az-a istinadən xəbər verir ki, O, sərvətini bir il ərzində 36,5 mlrd. dollar artıra bilib və bunun da sayəsində dünyanın üçüncü ən zəngin adamı olub.

Dünyanın ən varlı insanı olan “Amazon”un təsisçisi Cef Bezos isə 9 mlrd dollar itirib. Lakin bu, onun boşanma prosesi ilə əlaqədar olub. “Microsoft”un həmtəsisçisi Bill Qeyts isə 22,7 mlrd. dollar qazanıb.

Beləliklə, dünyanın ən zəngin insanlarının TOP-5-liyi aşağıdakı kimidir:

1. Cef Bezos - $116 mlrd (-$8,75 mlrd)

Ceff Bezos Ceff Bezos

2. Bill Qeyts - $113 mlrd (+$23,1 mlrd)

Bill Qeyts Bill Qeyts

3. Bernar Arno - $106 mlrd (+$37,7 mlrd)

Bernar Arno Bernar Arno

4. Uorren Baffet - $89,1 mlrd (+$5.26 mlrd)

Uorren Baffet Uorren Baffet

5. Mark Zukerberq - $79.4 mlrd (+$27.4 mlrd)

Mark Zukerberq  
Son xəbərlər
Bütün xəbərlər »