Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəssisiədən oğurluq edən dəstə tutulub

Şirvan şəhərində müəssisiədən oğurluq edilib.

Dekabrın 27-də Şirvan şəhərində sement və armatur istehsal edən MMC tərəfindən Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edilərək, bu ilin sentyabr-dekabr aylarında ümumi dəyəri 19440 manat olan dəmir, əlvan metalların və istehsal avadanlıqlarının oğurlandığı bildirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat verib.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Müseyib Zeynalov, Süleyman Ağayev, İsmayıl Əmənov, Tural Yusifov və yetkinlik yaşına çatmayan 2 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »