Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İqor Dadon: “Putin dünya tarixinin bir hissəsinə çevrilib”

“Rusiya prezidenti Vladimir Putin dünya tarixinin bir hissəsinə çevrilib”

“Bizimyol.info”nun məlumatına görə, bu sözləri Moldova prezidenti İqor Dadon dilə gətirib. “Ria.Novosti”nin, 20 ildir hakimiyyətdə qalan Putinin şərəfinə təşkil etdiyi layihə çərçivəsində prezidenti uzun illər tanıyan Rusiya və digər xarici ölkələrin siyasətçilərindən, ictimai xadimlərdən və idmançılardan müsahibə alınıb.

“O, dünya tarixinin bir hissəsidir. Əminəm ki, o, Rusiyanın ən yaddaqalan təmsilçilərindən biri olaraq tarixə keçəcək”, - deyə, Dadon qeyd edib. Moldova prezident həmçinin, Putinin gələcək nəsillər üçün daha çox əmək sərf edəcəyinə inandığını vurğulayıb: “Bu gün heç bir siyasi məsələ Rusiyanın iştirakı olmadan həll oluna bilmir. Əminəm ki, Rusiya prezidenti gələcək nəsillərin hərtərəfli inkişafı üçün daha çox əmək sərf edəcək”.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »