Bakıda kişi meyiti tapılıb.
Hadisə bu gün paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Metronun "Qara Qarayev" stansiyası yaxınlığında keçədən 55-60 yaşlarında kişi meyiti aşkar edilib.
Hazırda onun şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.(apa)