Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
YAP-ın yeni siyahısındakı qalmaqallı isimlər

“YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədi Elnur Allahverdiyev də qalmaqallı işadamı kimi ad qazanıb.

"Azərcell" üzərindən kontur kartı və nömrə satışından milyonlar qazanan 3 monopolist şirkətdən birinin, “ABC-Telekom” MMC-nin sahibidir, Sloveniyanın Azərbaycandakı fəxri konsuludur.

Vaxtilə mətbuat onun sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsinə MTN-nin generalı Elçin Əliyevin “krışa”lıq etdiyini yazıb”.

Bizimyol.info xəbər verir ki, bu fikirlər araşdırmaçı jurnalist Cavanşir Həsənliyə aiddir. O qeyd edib ki, 5 gün əvvəl Suraxanı icra başçısının Hövsanda özünə obyekt tikdirən müavini Afət Həsənovanın da adının namizədlər siyahısında olacağı barədə proqnoz verib. “Artıq YAP-ın namizədlər siyahısındadır.

"Seçilsə", şübhə eləmirəm ki, şadlıq sarayı da tikdirəcək.

Siyahıdakı "yeni simalar"ın bəzilərini arxivdən çıxarıblar. Məsələn, 29 saylı Səbayel seçki dairəsindən namizədliyi irəli sürülmüş Xatirə Cabbarova 2015-ci ildə də YAP-ın siyahısında idi. Salahzadə Əliabbası da bilirsiniz, iyirmi neçənci həcc rekordunu qırmış keçmiş deputat Hacı Qalibin icra hakimiyyətində işləmiş oğludur. Bakı Tikiş Fabriki ASC-nin 2010-cu ildə YAP-ın siyahısında yer almış sədri Fidail Rəhimovun oğlu Elnur Rəhimov 10 il sonra atasını əvəz edir.

Bir iş adamı da var, bu yaxınlarda onun Hacıbala Abutallbovun qardaşı oğlu ilə İstanbulda şərikli biznesi haqqında dəyərli həmkarım Hafiz Babalı yazmışdı.

Məşhur Minera şirkətlər qrupunun sahibidir, özünü Xudu Rzayev kimi təqdim edir. Amma siyahıda adı Xudaqulu Rzayev Əhəd oğlu kimi göstərilib.

1996-cı ildə İlandağ-SA şirkətini təsis edib, daha sonra “Baytaş-Bakı”, Qaranti İnşaat, “Dəniz” Bağça və 2011-ci ildə “Evrika” liseyi müəssisələrini təsis edib.

2012-ci ildə şirkətlərini “Minera” şirkətlər qrupu adı altında bir araya gətirib.

Konkret bu şəxsin timsalında vasib sual nədir? Deyək ki, seçildi, adam bir mandata gorə o qədər biznesini buraxacaqmı?”.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
Son xəbərlər
Bütün xəbərlər »