Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AMEA-nın I vitse-prezidentləri seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Akademiyada iki I vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

Bu təkliflə akademiyanın prezidenti Ramiz Mehdiyev çıxış edib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb. Təklif qəbul edilərək həmin şəxslərin namizədliyi təsdiq edilib və gizli səsvermə elan edilib. Səsvermə üçün fasilə elan olunub.

Fasilədən sonra Hesablama Komissiyanın sədri Urxan Ələkbərov nəticələri açıqlayıb.

O qeyd edib ki, səsvermənin nəticəsinə görə, İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçilib Qeyd edək ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.(apa)

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »