Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 yaşlı şagird beşinci dəfə birinciliyə layiq görülüb

Füzuli rayon Ə.Səlimov adına Kərimbəyli kənd tam orta məktəbinin V “A” sinifinin 10 yaşlı şagirdi Vəliyev Elçin Rəftar oğlu idman sahəsində uğura imza atıb.

Bizimyol.info xəbər verir ki, 5 ildən çoxdur yunan-Roma güləşi ilə məşğul olan Elçin azyaşlılar və yeniyetmələr arasında keçirilən Respublika turnirində zona yarışları üzrə yaşıdları arasında 5-ci dəfə birinciliyə layiq görülüb. Sonuncu birinciliyə isə 15 dekabr 2019 tarixdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş Respublika turnirində yenidən yaşıdları arasında birincilik qazanıb.

Məktəbinin əlaçı şagirdiolan Elçin Vəliyevin məqsədi odur ki yunan-roma güləşi üzrə Avropa və dünya çempionatının qalibi olmaqdır.

Xatırladaq ki, E.Vəliyevin ilk dəfə bu idman növü ilə tanışlığı 4 yaşından başlayıb. Onun bu yarışmalarda iştirakına dəstək verən yunan -roma güləşi üzrə əməkdar məşqçi Tural Vəliyev olub.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »