Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur şirkət sahibi deputatlığa namizəd oldu - Foto

Yeni Azərbaycan Pariyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyahısında nəzərləri cəlb edən dairələrdən biri də 70 saylı Masallı şəhər seçki dairəsidir.

Milli Məclisin YAP-çı deputatı Nəriman Əliyevin əvəzinə sözügedən dairədən Məşhur Şahbaz oğlu Məmmədovun namizədliyini irəli sürüb.

Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və adı kimi məşhur “Embavud” şirkətinin təsisçisidir.

Şirkətin əsası 1996-cı ildə Masallıda Məşhur Məmmədov tərəfindən qoyulub, hazırda şirkətə Elşad Abbasov adlı sahibkar rəhbərlik edir.

2010-cu ildən şirkət ikinci ev mebeli brendi – “Madeyra”nı bazara çıxarıb və hazırda bu brend altında 70-dən çox mağazası var.

Olduqca uğurlu biznesmenlərdən sayılan Məşhur Məmmədovun təsisçisi olduğu “Embavud”un Azərbaycanda və MDB ölkələrində çoxlu sayda fabrik və satış mərkəzləri mövcuddur. Şirkətin Azərbaycan, Gürcüstan və Ukraynada fabrikləri fəaliyyət göstərir. Azərbaycanda 52, Qazaxıstanda 26, Gürcüstanda 21, Ukraynada 20 mağazası var.(axar.az)

Son xəbərlər
Bütün xəbərlər »