Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maşinist huşunu itirdi, tramvayı sərnişinlər idarə etdilər

Almaniyanın Bonn şəhərində maşinisti huşunu itirmiş tramvayı sərnişinlər dayandırıblar.

"General Anzeiger" xəbər verir ki, hadisə tramvay gecə marşrutu üzrə hərəkət edərkən baş verib.

Təxminən gecə saat bir radələrində xətdə olan tramvayın sərnişinləri nəqliyyat vasitəsinin dayanacaqlarda fasiləsiz hərəkət etməsindən şübhələniblər. Onlar maşinistlə əlaqə saxlamağa cəhd ediblər, amma heç kim cavab verməyib. Sərnişinlərdən biri təcili əyləci bassa da, bu mexanizm də işləməyib.

Maşinistin olduğu kabinənin divarını döyəcləməyin də fayda vermədiyini görəndən sonra iki zirək sərnişin onun kabinəsinin pəncərəsini sındırıb. Onlar içəri daxil olduqda sürücünün huşunu itirdiyini görüblər.

Bu zaman digər sərnişinlər tramvayın aid olduğu nəqliyyat şirkəti ilə əlaqə saxlayıblar. Şirkətdən onlara telefonla tramvayı necə saxlamaq lazım olduğunu izah ediblər.

Hadisə zamanı sərnişinlər arasında heç kim xəsarət almayıb. Maşinistin səhhəti barədə məlumat verilmir. Bonn şəhərinin meri Aşok Fridharan sərnişinləri qəhrəman adlandırıb.(report)

Son xəbərlər
Bütün xəbərlər »