Bu qış soyuq təbiəti ilə seçilən xeyli ölkədə qara həsrət qalıblar. İş o yerə çatıb ki, Rusiyada qarı satmağa başlayıblar.
Bizimyol.info xəbər verir ki, Nijni Novqorod şəhərində müvafiq elanlar gözə dəyməyə başlayıb. Təşkilatçılar zarafat etmir. Onlar Nijni Novqorodda istənilən vətəndaşa qar çatdıra biləcəklərini deyirlər. Hətta başqa şəhərlərə də göndərirlər. Çatdırılma haqqı cəmi 300 rubldur (təxminən 5 dollar). Sifarişiniz 2 min rublu keçirsə, qarı sizə pulsuz da çatdırırlar.

Nijni Novqorod sakinləri qar almağa tələsmir. Çünki Yeni il bayramı ərəfəsində şəhərdə qar yağacağı gözlənilir.