Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlin ən səs-küylü qətlləri

2019-cu ilin sonuna cəmi bir neçə gün qalıb, deməli, yekunları açıqlamağın vaxtıdır.

Bunu cinayət sferasında ümumiləşdirmək olar. Burada, ilk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində törədilmiş və çoxlu müzakirələrə səbəb olan qətllərin əksəriyyəti kişilərin şərəf və ləyaqət məsələlərinə canfəşanlıqla yanaşmaları ilə əlaqədardır.

Bu cinayətlərin qurbanlarının yarısı ya keçmiş, ya da indiki arvadlar, ya da sevgililər olub. Lakin qısqanclıq və şərəfin qorunması cinayətkarların qurbanlarını təqib etmələrinin yeganə səbəbi deyil.

Polis idarəsindən 2019-cu ilin ən səs-küylü qətl hadisələri açıqlanıb.

Bizimyol.info Oxu.az-a istinadən bu faktları oxucuların diqqətinə çatdırır.

Tikə-tikə doğradılar və basdırdılar

Cəlilabad dəstəsinin üzvləri öz ortaqları ilə Siciliya mafiyasının ruhunda rəftar ediblər - cəsədi tikə-tikə doğrayaraq, onun hissələrini müxtəlif yerlərə basdırıblar.

Yanvarın 28-də yerli sakinlər Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edərək oğlanları 25 yaşlı Sahib Mahmudovun itkin düşdüyünü deyiblər.

Onun itkin düşdüyünü araşdıran əməliyyatçılar şəxsi əmlak oğurluğu ilə məşğul olan cinayətkar qrupun izinə düşüb. Məlum olub ki, S.Mahmudov da həmin qrupun üzvü olub. Buna paralel olaraq, 2018-ci ilin dekabr ayında Göytəpə şəhərində həyata keçirilmiş mənzil oğurluğu da araşdırılırdı. Həmin vaxt R.Kazımovun evindən soyğunçular televizor və oyun aparatını aparmışdılar.

Əməliyyatçılar şübhəlilərin - Teymur Məmmədovun, əvvəllər məhkum olunmuş Əli Ələkbərlinin və Sahib Mahmudovun izinə düşdülər. İlk əvvəl Ə.Ələkbərli (martın 28-də) tutulub. Axtarış zamanı ondan narkotik vasitə götürülüb. Sonradan məlum olub ki, Ə.Ələkbərlinin S.Mahmudovun yoxa çıxmasında əli var.

Müəyyən olundu ki, Mahmudov yanvarın 25-də Masallı rayonunun “ADU Piramida” istirahət mərkəzində bıçaqla qətlə yetirilib. Cinayətin izlərini gizlətmək üçün Ə.Ələkbərli tanışı Altay Ağamalızadəyə müraciət edib. Onlar birlikdə qurbanın cəsədini maşına yükləyərək, İmişli rayonuna aparıblar. Orada cinayətkarlar cəsədi yandırıblar, amma o, tam yanmayıb. Dindirilmə zamanı Ə.Ələkbərli etiraf edib ki, onlar qalıqları balta ilə parçalayıb üç fərqli yerdə - İmişli, Cəlilabad və Yardımlıda basdırıblar.

Təəssüf ki, saxlanılan şəxslərin ifadələri təsdiqini tapmayıb; öldürülmüş S.Mahmudovun meyitinin heç bir hissəsi bu günə qədər tapılmayıb.

S.Mahmudovun aradan götürülməsi səbəbinə gəlincə isə, məlum olub ki, bu üsulla dəstə üzvləri aşkara çıxmaq təhlükəsindən yaxa qurtarmaq istəyiblər. S.Mahmudov qrup üzvlərinə onları polisə təhvil verəcəyi ilə hədələyib. Bu isə onun taleyini həll edib.

Qəlbdə ağrı və əldə balta ilə

Yanvarın 25-də səhər saatlarında İsmayıllı rayonundakı Aşıqbayramlı gölündən yaşlı bir kişinin cəsədi çıxarılıb. Bu bir qatilin uzun və ağrılı axtarışının sonu oldu. 2018-ci ilin sonunda törədilən cinayətin üstü 2019-cu ilin yanvar ayında açıldı.

2018-ci ilin dekabrın 19-da İsmayıllı rayonunun Gəraybəyli kəndində 65 yaşlı A.A. baltanın küt yeri ilə başından vurularaq öldürülüb. Hadisə yerində, öldürülən şəxsin əri - 76 yaşlı G.A. etdiyi əməlini etiraf etdiyi və hətta öldürmə səbəbini də açıqladığı məktub qoymuşdu. Məlum olub ki, kişi illərdir həyat yoldaşına qarşı kin saxlayır.

G.A. məktubunda heç kimin onu tapmayacağı şəkildə gizlənəcəyini yazmışdı. Əməliyyatçılar qatilin axtarışına başladılar. Tezliklə izlər onları gölün yaxınlığında yerləşən kafeyə apardı. G.A. sonuncu dəfə orda görülmüşdü. Əməliyyatçılar yaşlı kişinin cəsədinin göldə axtarılması barədə ehtimallarında yanılmadılar. Polislər dalğıcların köməyi ilə meyiti sudan çıxardılar.

Qeyd edək ki, cütlük Bakıda yaşayırdı. Cinayətdən əvvəl kişi səfərin məqsədi barədə heç nə demədən həyat yoldaşını İsmayıllıya gətirib.

Tənha qadın mənzilində bıçaqlanmış halda tapıldı

Yanvarın 27-də axşam saat səkkiz radələrində Bakının İnqilab İsmayılov küçəsində 52 nömrəli evin mənzilində 83 yaşlı Patimat Kucayevanın meyiti tapılıb. Qatil qurbanın başına, üzünə və boynuna 20 bıçaq zərbəsi vurub.

Cinayətin cəsədin aşkar edilməsindən təxminən iki ay əvvəl törədildiyi məlum olub. Bütün bu müddət ərzində Kucayevanın evinin qapısı kilidli olub. Kimsəsiz qadının mənzilindən çıxan qoxu qonşuları polisə müraciət etməsinə səbəb oldu.

Həmin vaxt hüquq-mühafizəçilər Bakının yaşlı sakininin qatilinin bir qadın ola biləcəyi ehtimalını irəli sürdülər. İstintaq-əməliyyat qrupunun üzvləri bu ehtimalında yanılmadılar.

Cinayətin üstü bir neçə gün sonra açıldı. Yanvarın 30-da saat 02:20-də Pirşağı kəndindəki bağ evlərinin birində 45 yaşlı İsmayılova Məlahət Adıgözəl qızının cəsədi tapıldı. İsmayılova Səlimov Ruslan Qəzənfər oğlunun evində intihar etmişdi.

Bu, ilk baxışdan adi intihar idi. Ancaq hər şey o qədər də sadə deyildi. Məlum olub ki, bu qadın yaşlı qadının vəhşicəsinə öldürülməsində iştirak edib. Mütəmadi olaraq narkotik istifadə edən M.İsmayılovanın yaşlı qadından müəyyən miqdarda borc götürdüyü və qaytarmadığı məlum olub. Qadınlar arasındakı münaqişə məhz bu əsasda yarana bilərdi.

“Hakimlik” edib qohumları barışdırmaq istədi, əvəzində onları öldürdü

Fevralın 5-də, səhər saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsindəki evdə 27 yaşlı Məmmədov İlkin Elman oğlunun və 25 yaşlı Muradzadə Sevinc Yaşar qızının meyitləri tapıldı. Kişi ürəyindən bıçaqla öldürülmüşdü, qadın isə qatilin əlləri ilə boğulmuşdu.

Bir müddətdən sonra şübhəli saxlanılıb. Məlum olub ki, o, Sevinc Muradzadənin qardaşı - Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğludur.

Övladları olan Məmmədov və Muradzadə rəsmi şəkildə boşanmışdılar. Lakin V.Behbudov “hakim” missiyasını öz üzərinə götürərək, bacısı ilə keçmiş ərini barışdırmaq istəyib. O, bacısını və Məmmədovu 28 may qəsəbəsindəki evinə gətirib. Lakin orda hər şey V.Behbudovun planlaşdırdığı kimi baş vermir.

Keçmiş evli cütlüklər münaqişəni daha şiddətləndirərək, qarşılıqlı təhqirə keçirlər, hansı ki, bunun bir ucu Behbudovun özünə də toxunurdu. O da qəzəb içində əvvəlcə Məmmədovu bıçaqlayır, sonra isə bacısını boğur. Baş verənlərdən sonra o, polis idarəsinə gələrək təqsirini etiraf edir.

Keçmiş kəşfiyyatçı qonşunun boğazını kəsdi və onun qızıllarını basdırdı

Aprelin 17-də, 33 yaşlı üç uşaq anası Kutaxi Məlikova Bakının Xəzər rayonunun Şağan kəndində evdə boğazı kəsilmiş halda və çoxsaylı bıçaq yaraları ilə tapılıb. Qadının cəsədi məktəbdən qayıdan uşaqları tərəfindən aşkarlanıb. Öldürülən qadının evindən külli miqdarda qızıl-zinət əşyaları yoxa çıxıb.

Çox keçmədən fakt üzrə Məlikovların qonşusu olan, əslən şamaxılı Əhmədov Kənan Qalasan oğlu saxlanılıb. Sahə müstəntiqləri, hərbi xidmət zamanı kəşfiyyatçı olmuş 1983-cü il təvəllüdlü K.Əhmədovu Bakı Beynəlxalq Avtovağzalın ərazisində tutublar. O, gizlənməyə çalışıb.

Dindirilmə zamanı tutulan şəxs öldürüldüyü qadının qızıl-zinət əşyalarını Şağandakı evinin həyətində basdırdığını etiraf edib.

Oğlu torpaq üstündə anasını qəddarcasına qətlə yetirdi

Mayın 19-da Nardaran kəndinin bağ massivində 50 yaşlı Bağırov Tahir Cəfər oğlu elə öz evində 77 yaşlı anası Bağırova Rübabə Cəbrayıl qızının öldürərək, meyitini yandırıb. Elədiklərindən sonra o, cinayət yerindən qaçıb.

Yaşlı qadının gözə dəyməməsi qonşuları narahat edib və onlar qadının itkin düşməsi barədə polisə məlumat veriblər.

42-ci Polis Bölməsinin əməkdaşları T.Bağırovu tutaraq istintaqa təhvil veriblər.

Araşdırma zamanı oğul və ana arasında növbəti qarşıdurmanın baş verdiyi müəyyən edilib. Oğul anasından yaşadıqları torpaq sahəsinin (beş sot) satılmasına razılıq verməsini tələb edib. Rədd cavabı aldıqdan sonra kişi əsəbiləşərək anasını boğub. Sonra öldürülmüş qadının cəsədinə benzin tökərək yandırıb.

Onu izlədiyini düşündüyü üçün bıçaqladı

Azərbaycanda “qanuni oğru” ların olmamasına baxmayaraq (bütün tanınmış avtoritetlər respublikadan kənarda yaşayır), ölkədə müxtəlif cinayətkar klanların üzvü olan ünsürlər hələ də mövcuddur.

Bildiyiniz kimi, 2016-cı ilin avqustunda mütəşəkkil cinayətkar qruplaşmanın lideri Rövşən Canıyev (Rövşən Lənkəranskiy) İstanbulda öldürülüb, lakin keçmiş köməkçiləri və tərəfdarlarının rəhbərlik etdiyi ayrı-ayrı qruplar fəaliyyətlərini davam etdirir. Bu il cinayət hadisəsini araşdıran paytaxt polisləri belə üzvlərdən birini saxlayıblar.

2019-cu ilin iyunun 24-də, Bakının Nizami rayonunda, Q.Qarayev prospektindəki evlərdən birinin qarşısında, Ucar rayonundan olan Samir Hüseynovun cəsədi tapıldı. O, odlu silahdan açılan atəş nəticəsində öldürüldüyü üçün, bununla əlaqədar AR Cinayət Məcəlləsinin 120.1 (“Qəsdən adam öldürmə”), 228.1 (“Qanunsuz olaraq silah-sursat və onun komponentlərini əldə etmə, təhvil vermə, satma, saxlama, daşıma və ya gəzdirmə”) maddələri ilə cinayət işi başlandı.

Ağır cinayətdə bir qrup şəxs - paytaxt sakini Əli Abdullayev, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov şübhəli bilinərək saxlanılıb və məsuliyyətə cəlb olunublar. S.Hüseynovun “Glock” tapançası ilə öldürüldüyü məlum olub. Daha sonra əməliyyatçılar saxlanılan şəxslərin göstərdiyi yerdə silah tapdılar.

İstintaq zamanı müəyyən olundu ki, dindirilmə zamanı özünü Rövşən Lənkəranskinin tərəfdarı kimi tanıtdıran S.Hüseynov Əli Abdullayevə atəş açıb.

O, S.Hüseynovun onu izlədiyini düşündüyü üçün öldürdüyünü bildirib. Bir neçə dəfə A.Abdullayev göstərilən ünvanda dostlarının yanına gəlib və hər dəfə də S.Hüseynovu orada görüb. Bu hal, hətta öz kölgəsindən qorxan bir cinayətkarda şübhə oyandırıb və onu öldürüb. Ancaq yazıq qurbanın kriminal aləmlə heç bir əlaqəsi olmayıb: o, əvvəllər sahibkarlıqla məşğul olub, amma iflas edərək işini itirib, buna görə də vaxtının çoxunu küçədə keçirib...

Nəvələrinə dondurma verib, analarını baltaladı

Sentyabrın 23-də Bakının Xəzər rayonu, Binə kəndində vəhşicəsinə qətl törədildi. Füzuli rayonundan olan, əvvəllər məhkum edilmiş 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov tərəfindən gəlini Cəmilə Məhərrəmova baltalanıb.

Tutulan şəxs dindirilmədə ailədəki şərəf və ləyaqət məsələsi ilə bağlı qeyrət zəminində yaranan münaqişə zamanı gəlini öldürdüyünü deyib. İddiaya görə, qadının ərinə xəyanət etdiyindən şübhələnib, amma buna sübutu yox idi.

Sonradan məlum oldu ki, saxlanılan şəxs cinayət əməllərini əsaslandırmaq üçün yalan danışıb. Məlum olub ki, F.Məhərrəmov çox yaxın qohumuna təcavüz etdiyi üçün Cinayət Məcəlləsinin 149-cu (“Zorlama”) maddəsi ilə 10 il həbs cəzası çəkib. Buna görə övladları ondan imtina edib. Lakin sonra oğlu atasını qəbul edib və belə görünür ki, ciddi bir səhvə yol verib.

Ən dəhşətlisi odur ki, qətl qadının uşaqlarının gözü qarşısında törədilib. Cinayət törətməzdən əvvəl F.Məhərrəmov dondurma alıb, nəvələrinə verib və evdə bağlı qapı arxasında qoyub. Bir müddət sonra uşaqlar qışqırıqlar eşidiblər, pəncərəyə tərəf qaçıblar və dəhşətli mənzərə ilə üzləşiblər: babaları analarına balta ilə zərbələr endirib. Onlar qışqırıb ağlayıblar, amma kişi qurbanını vurmağa davam edib. Qətldən sonra qadının 12 yaşlı oğlu evə gəlib.

Patoloanatomlar öldürülən qadının cəsədində 12 yara sayıb. Kişi zərbələri arxadan vurub. Qohumlarının dediyinə görə, C.Məhərrəmova ləyaqətli qadın olub, uşaqlarını dolandırmaq üçün eyni vaxtda bir neçə yerdə işləyib. Yoldaşı isə mal-qara otarmaqla məşğul olub. Qətl vaxtı əri evdə olmayıb, o, sadəcə yarım saatlığına uzaqlaşıbmış.

Şəxsi mənfəətinə görə öldürüb yandırdı

Noyabrın 23-də Bakının Nurəddin Süleymanov küçəsindəki tikinti çuxurunda 1964-cü il təvəllüdlü Naxçıvan şəhər sakini Adəm Qibləli oğlu Abdullayevin yanmış meyiti tapılıb.

Qətlə yetirilmiş şəxsin bədənində çox sayda bıçaq yarası qeydə alınıb. Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları isti izlə əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü (“Hərbi hissəni icazəsiz tərk etmə”) və 334-cü (“Fərarilik”) maddələri ilə məhkum olunmuş 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Tuqay Gündüz oğlu Bayramovu saxlayıblar.

Cinayətdən bir müddət əvvəl A.Abdullayev və T.Bayramov birlikdə alkoqollu içki qəbul ediblər. Bunu etmək üçün ən yaxın aptekdən onlar tibbi spirt alıblar. Daha sonra nizamsız həyat tərzi keçirən T.Bayramov bıçaq götürərək dostunu öldürüb.

Araşdırma zamanı məlum olub ki, cinayət T.Bayramov tərəfindən şəxsi mənfəət məqsədi ilə törədilib. Bayramov plastik şüşələr toplayaraq Ə.Abdullayevə satmaqla pul qazanırdı. “Plastik” alanın pulu olduğunu bilən T.Bayramov cinayəti planlaşırıb.

Qətldən sonra qatil ölən şəxsin 1000 manata yaxın pul və bank kartlarını oğurlayıb. Cəsəddən qurtulmaq üçün T.Bayramov kömək üçün qardaşına müraciət edib. Onlar birlikdə meyiti tikinti çuxuruna sürüyərək, orada yandırıblar.

Sonda bütün oxuculara xoşbəxt Yeni il və bütün işlərə ağlabatan yanaşma arzulayırıq.

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »