Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şoyqu Putinə raport verdi: “Avanqard” artıq döyüş növbəsindədir" - Video

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə “Avanqard” hipersəs sürətli qanadı döyüş blokunun döyüş növbəsinə başladığı barədə raport verib.

Rusiya KİV-ləri xəbər verir ki, “Avanqard” qanadlı bloku ilə silahlanmış ilk raket polku bu gün dekabrın 27-də, saat 10.00-da rəsmən döyüş nöbəsinə başlayıb. Kompleksləri Orenburq vilayətindəki Dombarovski raket diviziyasının polku öz silahlanmasına daxil edib. Şoyqu bildirib ki, Strateji Təyinatlı Raket Qoşunları 2020-c ildə daha 20 “Yars” qitələrarası ballistik raketi və “Avanqard” kompleksləri alacaq.

“Avanqard” raketi barədə Putin ilk dəfə 2018-ci ildə Federal məclis qarşısında çıxışı zamanı elan edib. Rusiya prezidenti həmin çıxışında bir neçə supersilahları ilk dəfə təqdim edərək “Avanqard” haqda bildirib ki, bu qanadlı döyüş bloku səsdən 20 dəfə iti uçur. “O, hədəfə meteroit kimi, alov kürəsi kimi şığıyır, səthində temperatur 1600-2000 dərəcə Selsiyə çatır, amma qanadlı blok etibarlı şəkildə idarə olunur”,-o bildirib.

Hələlik dünyanın heç bir ölkəsində bu cür böyük sürətlə uça bilən və yüksək manevr qabiliyyətinə malik strateji silah yoxdur. “Avanqard” nüvə başlığı daşıya bilir və silahlanma sahəsində Rusiyanı önə çıxarır. Bu raketin sınaqları 2019-cu ilin fevralında başa çatıb. May ayından etibarən “Avanqard” raketlərinin silahlanmaya qəbul edilməsi üçün infrastukrutun yaradılmasına başlanılıb. Həmin vaxt vəd edilmişdi ki, raket ilin sonuna qədər döyüş növbəsinə daxil olacaq.

“Avanqard” raketləri ilə yanaşı Rusiya nüvə mühərrikli “Poseydon” sualtı döyüş aparatı, “Burevestnik” nüvə mühərrikli raketi və “Peresvet” lazer silahı üzərində də işləri davam etdirir.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »