Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İcra hakimiyyəti öncə öz binasını sığortalatdırsın, sonra vətəndaşa sığortanın faydasını desin” - Açıqlama

Daşınmaz əmlakın icbari sığortalanması “İcbari sığortalar haqqında” qanunla məcburi xarakter daşıyır.

Bizimyol.info xəbər verir ki, bu barədə daşınmaz əmlak məsələləri üzrə ekspert İlkin İbrahimov bildirib.

İlkin İbrahimov

Ekspert qeyd edib ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir: “Vəzifəli şəxs sığorta etməyi vətəndaşa məcbur etməsə, yəni ona protokol yazmasa 80 manat cərimələnməlidir. Əgər evini sığorta etməyən şəxsin sığorta hadisəsi baş vermişsə “İcbari sığortalar haqqında” qanunun 43-cü maddəsinə əsasən dövlət zərər çəkmiş şəxsə zərərin 20 faizə qədərini sığorta kompensasiyası kimi ödəyə bilər. Necə ki İcbari Sığorta Bürosu naməlum avtomobillə törədilmiş sağlamlığa ziyanda vətəndaşa ödəniş verir. Bu icbari sığortanın ən təməl prinsipidir. Ölkəmizdə 99.9 faiz mütəxəsislər bunu ya bilmir, ya da qorxusundan demir”.

Ekspert bildirib ki, “İcbari sığortalar haqqında” qanunun 35-ci maddəsində bütün dövlət binaları sığortalanmalı olduğu qeyd edilir: “Bu da təbii ki, dövlət büdcəsi hesabına edilməlidir. Hesab edirəm ki, dövlət ilk növbədə bu tətbiqi öz inzibati binalarının üzərində həyata keçirməli, sonra da vətəndaşa bunun faydalarını başa salmalıdır. Təsəvvür edin, icra hakimiyyəti vətəndaşa əmlakı sığortalamamağa görə protokol yazır. Vətəndaş da sual verir ki, sizin binanın sığortası var? Onlar da deyir "xeyir". Vətəndaşın sonrakı sualı o olacaq ki, "onda xeyir ola siz sığortalamırsız mən sığortalayıram”.

Ramid İbrahimov, Bizimyol.info

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »