Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Londondan İslamabada uçan təyyarə Bakıya enməli olub

Bu gün “British Airways” aviaşirkətinin Böyük Britaniyanın paytaxtı Londondamn Pakistanın paytaxtı İslamabada uçan “Boeing B787-8 Dreamliner” markalı sərnişin təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeropotuna enməli olub.

Bu barədə hava limanından xəbər verilir.

Məlumata görə, buna səbəb İslamabadda güclü duman olub. Odur ki, təyyarənin kapitanı Bakıya eniş etməyə qərar verib. Yerli vaxtla saat 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş edib.

Uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir. Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdirilib. Təyyarə yola düşənə qədər reysin sərnişinləri viza ala, hava limanının otelində istirahət etmək və yaxud şəhəri gəzmək üçün aeroportun ərazisini tərk edə bilərlər.(apa)

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Yanvarın 23-nə olan hava proqnozu
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »