Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yaşayan qaçqını imtahana niyə buraxmırlar

Rusiya vətəndaşı Hamzat İzrailov 10 ildir ki, qaçqın kimi Azərbaycanda yaşayır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi onu himayəyə götürüb.

Bizimyol.info xəbər verir ki, Hamzat İzrailov Azərbaycanda imtahan verib, sürücülük vəsiqəsi almaq istəyir. Amma onu imtahana buraxmırlar. Baş Dövlət Yol Polisi İdarəsindən ona rəsmi məktubla bildirilib ki, imtahana buraxılması üçün şəxsiyyət vəsiqəsi olmalıdır.

Hamzat İzrailov deyir ki, idarəyə Rusiya pasportunu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından verilmiş “Qaçqının himayə vəsiqəsi”ni, Azərbaycanda qeydiyyata alınması barədə arayışı, sürücülük kurslarında iştirakını təsdiqləyən şəhadətnaməni, tibbi arayışı və rüsum ödənişi haqda qəbzi idarəyə təqdim edib. Amma bu sənədlər yetərli sayılmayıb.

Bu üzdən də Hamzat İzrailov məhkəməyə üz tutub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onu haqlı sayıb və iddiasını təmin edib. Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə öhdəlik qoyulub ki, onu imtahana buraxsınlar.

İdarə isə öz mövqeyində israrlı olub və bu qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi də həmin şikayət əsasında qərarı ləğv edib. Yeni qərarda yazılıb ki, Miqrasiya İdarəsi onu qeydiyyata alsa da,

"Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd"i yoxdur. Bu üzdən sürücülük imtahanına buraxılmaması üçün yol polisinin göstərdiyi səbəb əsaslıdır.

Bu qərardan da Hamzat İzrailov Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmədə İlqar Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası onun şikayətinə baxıb. Çıxarılan qərar isə Bakıda imtahan verib, sürücülük vəsiqəsi almaq istəyən əcnəbinin əleyhinə olub.

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »