Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədi parlamentə təqdim edəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsinə münasibət bildirib.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, o bildirib ki, Türkiyə müxtəlif Avropa və ərəb ölkələrinin dəstəklədiyi general Xəlifə Xaftara qarşı mübarizə aparan Liviyanın qanuni hökumətinə hər cür dəstək verəcək.

“Onlar müharibə baronuna yardım edirlər, biz isə Liviyanın qanuni hökumətinin yanındayıq. Fərqimiz budur. Dəvət olunduğumuz yerə gedərik, dəvət olunmadığımız yerə isə getmərik. Məclis (Türkiyə Böyük Millət Məclisi) açılar-açılmaz Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədi təqdim edəcəyik. İnşallah yanvar ayının 8-9-da Məclisdə bunu təsdiqlədib, dəvətə razılıq verəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, Suriyada 8200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.(apa)

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »