Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramiz Mehdiyev AMEA-da birinci vitse-prezidentlər postu yaradır

Şənbə günü, dekabrın 28-də, saat 11.00-da AMEA Rəyasət Heyətində akademiyanın ümumi yığıncağı keçiriləcək. Bu barədə AMEA-nın saytında elan yerləşdirilib.

Yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri haqqında məsələlər daxil edilib.

Qeyd edək ki, indiyədək AMEA-da ancaq vitse-prezident vəzifəsi vardı.

Bu il oktyabrın 23-də AMEA-nın rəhbəri dəyişib. Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev AMEA prezidenti seçilib. Mehdiyev bu vəzifəyə seçiləndən sonra AMEA-da bir sıra islahatlar həyata keçirilib.(virtualaz.org)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »