Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquqşünas: "İcbari sığortada 80 milyon sığorta şirkətlərinin cibinə gedəcək"

Hüquqşünas Fərhad Mehdiyev iddia edir ki, mənzillərin icbari sığortası üçün toplanan məbləğ yalnız sığorta şirkətlərinə fayda verəcək.

“Səndsiz evlərlə bağlı sığorta haqqının ödənilməsi tələb olunmur. Eyni zamanda tikintisi başa çatmayan və qanunsuz evlər də bu kateqoriyayay daxildir. Bir çox çoxmərtəbəli binalar var ki onların çıxarışları yoxdur deyə onlar barədə qanunda maddə yoxdur və məsələ hələ anlaşılan deyil.

Bu mənada indi tətbiq edilən icbari sığorta insanın prinsipial azadlığıan ziddir. Mən öz hərəkətimlə başqasına zərər verəcəyim halda dövlət mənim hərəkətimə müdaxilə edə bilər. Mən siqaret çəkirəmsə, bu ziyan deyil, ictimai yerdə çəkib insanlara ziyan vururamsa onda dövlət müdaxilə edə bilər.Azərbaycanda zəlzələ çox olmur. Əsas ziyanı yanğınlardan görürük. Apardığım hesablamalara görə Azərbaycanda ildə təxminən 1376 yanğın olur. Azərbaycanda təxminən 2 milyon mənzil var. Bunun üçün sığorta şirkətlərinin ödəməli olduqları məbləğ 24 milyondur. Lakin topladıqları sığorta haqları 80 milyon edəcək. Yığım ödəmələrdən 3 dəfə çoxdur. Üstəlik sığorta haqları da ədalətsizdir və çoxdur. Taxta evlə daş evin, kiçik evlə böyük evin icbari sığortası eyniyyət təşkil edir. İnsanlara seçim haqqı verilməlidir”.

Bizimyol.info

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »