Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşdən çıxarılan baş həkimin müavininin səs yazısı yayıldı

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi məlumat yayaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Mətanət Tofiq qızı Hüseynzadənin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün vəzifəsindən azad edildiyini açıqlayıb.

Avqust ayında Mətanət Hüseynzadənin rüşvət alması ilə bağlı “Yeni Sabah”a şikayət daxil olub. Belə ki, Ucar rayonu Alpout kənd sakini, Qarabağ müharibəsi veteranı Kərimov Qaraoğlan Mirzəhüseyn oğlunun göndərdiyi şikayətdə qeyd olunurdu ki, M.Hüseynzadə onu aldadaraq, 3600 manat pulunu alıb.

“Bu şikayət ərizəmdə yazıb bildirirəm ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu alıb, dələduzluq edib. Belə ki, mən Qarabağın azadlığı uğrunda gedən müharibədə iştirak edib döyüşlər zamanı yaralanmışam.

Buna görə Qarabağ müharibəsi veteranı adı alsam da, indiyə qədər Qarabağ müharibəsi əlili adı ala bilməmişəm. Səbəbi isə savadsızlığım və imkansızlığım olub. Mən buna görə Ucar Rayon Hərbi Komissarlığına müraciət etdikdə, komisar Rafiq Qədirov mənə bildirildi ki, sən Tərtər istiqamətində gedən döyüşlərdə yaralandığın üçün oranın xəstəxanasında müalicə olunmusan deyə, həmin yerə müraciət etməlisən.

Yaxın bir tanışımla Tərtər Rayon Mərkəzi Xəstəxanasına gəldikdə, dedilər ki, əlilik işinə baş həkimin müavini Mətanət Hüseynzadə baxır. Onunla görüşdük, bizə bildirdi ki, ilk olaraq xəstəlik epikrez sənədi üçün 500 manat verməliyəm, əlillik sənədinə görə isə 3100 manat verməliyəm.

Dedi ki, pulu baş idarəyə verəcək ki, mənə əlillik dərəcəsi təyin etsinlər. Mən 500 manatı həmin gün həkimə verdim, o mənə xəstəlik sənədi verdi. 3100 manat pulu isə 3 aprel 2019-cu ildə Tərtər Rayon Mərkəzi Xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadəyə verdim.

Bundan sonra o, mənə bir həftəyə əlillik sənədinin düzələcəyini deyə-deyə, məni bu günədək get-gələ saldı. İndi mənə tam məlum oldu ki, Tərtər Rayon Mərkəzi Xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadə məni aldadıb, 3600 manat pulumu alıb, dələduzluq edib.

Mən həmin pulu həkim Mətanət Hüseynzadəyə iki nəfər şahidin yanında vermişəm, həmçinin, həkim mənə çoxlu mesajlar yazıb, telefon danışıqları var ki, bunlar mötəbər sübutlardır.

Onu da qeyd edim ki, həkimin 500 manat alıb mənə verdiyi xəstəlik epikrez sənədi saxtadır. Mən kasıb adamam, heç bir yerdə işləmirəm, himayəmdə dörd azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm.

Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək. Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm.

Hətta mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar Rayon Hərbi Komissarlığından üç dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin. Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq you ilə çoxlu sayda insanları aldadıb, pullarını alıb”, - deyə Qaraoğlan Kərimov bildirib.

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
››› Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində
››› Mərkəzi Bankın valyuta məzənnələri
Son xəbərlər
Bütün xəbərlər »