Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məzahir Pənahov: “MSK-ya etibarınız çoxdur deyə, müraciətləri birbaşa bizə göndərirsiniz”

(MSK) sədri Məzahir Pənahov dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrindən narazı qalan şəxslərə müraciət edib. O bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə məntəqələrdə baş verən hadisələrlə bağlı narazılıq olanda hökmən dairə seçki komissiyalarına müraciət edilməlidir.

“Əgər müraciət edənlər dairə seçki komissiyalarının qərarlarından narazı olsalar, bu zaman onlar Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər Seçki Məcəlləsinin tələbinə görə ilkin baxış üçün bizim qərarımızla dairəyə qaytarılacaq. Çünki başqa hal olsa, o, hüquqi gücə malik olmaz. Qanunvericiliyin tələbi budur. Mərkəzi Seçki Komissiyasına göndərilən müraciətlər səsvermə günü və səsvermədən sonrakı müddətdə əgər biz ona bir gündə baxmalı idiksə, artıq indən sonra daxil olan müraciətlərə 2-3 gün müddətində baxırıq. Ona görə biz də istəmirik ki, vətəndaşlarımızın etdiyi müraciətlərə baxılması məsələsi uzansın. Bunun üçün bir daha müraciət edirəm ki, məntəqələrdə baş verən xoşagəlməz hallar olduğu iddiasındasınızsa, o zaman gecikmədən dairə seçki komissiyalarına müraciət edin. Ola bilər ki, sizin Mərkəzi Seçki Komissiyasına etibarınız daha çoxdur deyə, müraciətləri birbaşa bizə göndərirsiniz. Amma prosesin həyata keçirilməsi qaydası var”,-MSK sədri belə deyib.

M.Pənahov vurğulayıb ki, MSK-nın üzvləri hazırda səsvermə günü sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması ilə məşğuldur: “Biz bu və digər hallarla bağlı yaxın günlərdə qərarlar qəbul edəcəyik. Əgər məntəqələrdə baş verən pozuntular öz təsdiqini tapsa, bununla bağlı aidiyyəti şəxslər cəzalarını alacaqlar. Biz bəzi hallarda məntəqə seçki komissiyalarının səsvermənin nəticələri ilə bağlı qərarlarını ləğv edə bilirik. Yəni hesab edilir ki, orada seçkilər yenidən keçirilməlidir. Ona görə də vətəndaşlarımız narahat olmasınlar. Biz qanunvericiliyə uyğun şəkildə bütün müvafiq addımları atacağıq”.(virtualaz.org)

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
››› "Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır"
››› Zooparkda ana azyaşlı qızını ayı qəfəsinə atıb
Son xəbərlər