Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada kilsədə kütləvi zəhərlənmə: 21 nəfər xəstəxanaya yerləşdirildi
Fransanın Uas departamentinin Karlepon qəsəbəsindəki kilsəyə milad ayininə gələn 21 nəfər dəm qazından zəhərlənib.

Kilsəyə toplaşan 150 nəfər dindardan bəziləri ayin zamanı başağrısı hiss etdikləri üçün hadisə yerinə yanğın xidməti, jandarma, xilasedicilər cəlb edilib.

Aralarında uşaqlar və yaşlıların da olduğu 72 nəfərə ilkin tibbi yardım göstərilib. Halı pisləşən 21 nəfər isə xəstəxanaya yerləşdirilib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »