Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Evimi yandıranı tapın” deyə fəryad etdi, özü yandırdığı məlum oldu - Foto

Türkiyənin Samsun şəhərində yanğın zamanı sakinlərdən birinin ürəyi gedib. Qadın “evimi yandıranı tapın” deyə fəryad edib.

Bizimyol.info xəbər verir ki, Samsunun Yavuzsəlim məhəlləsində Yıldız Aktenin mənzili alova bürünüb. Yanğını onun qohumu Məhəmməd Yarar söndürməyə çalışıb. Kişi tüstüdən zəhərlənib, təcili xəstəxanaya çatdırılıb.

Sonra səhnəyə H.Y. çıxıb. Yıldız Aktenin qohumu olan qadın hamıdan çox canfəşanlıq edib. “Bu ev üçüncü dəfədir yanır. Yuxarı mərtəbəni də iki dəfə yandırıblar. Bir dəfə də buranı yandırmışdılar, uşaqları güclə xilas etmişdik. Düşməndir bu insanlar? Niyə evləri yandırırlar?”, - bu sözləri deyən qadının ürəyi gedib.

Məsələnin ən maraqlı tərəfi araşdırma zamanı ortaya çıxıb. Sakinlər məhz bu qadının yanğını törətməsinə aid dəlillər göstərib. Onu alov başlayan otağın pəncərəsinin yanında görüblər. Qadın əvvəlcə xəstəxanaya, sonra polis bölməsinə aparılıb.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »