Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dilənçilik edən jurnalist qız həm pul topladı, həm də evlənmək təklifi aldı - Video

“CNN Türk”ün müxbiri Səma Akbulut sosial eksperimentin qəhrəmanı olmağa razılıq verib. O, İstanbulun Beşiktaş rayonunda təxminən bir saat dilənib.

Bizimyol.info xəbər verir ki, Akbulut bu müddət ərzində 47 lirə (14 manat) toplayıb. Ona hətta evlənmək təklif edən də olub.

Qucağında oyuncaq uşaq tutan jurnalist qızın cəhdləri əvvəlcə uğursuz alınıb. Səmanın “Allah ruzası üçün bir süd parası” ifadəsi işə yaramayıb. Hətta küçədə yemək yeyənlər də onun müraciətinə biganə qalıb.

Jurnalistə küçədə puldan çox nəsihət veriblər. Xüsusilə yaşlı qadınlar ona uşağı birinin yanında qoyub işləməyi məsləhət görüblər. Biri hətta “saxlaya bilməyəcəkdinsə, doğmayacaqsan” deyib.

Səmaya təsir edən iki olay olub. Birinci halda ayaqqabı boyan yaşlı bir kişinin ona pul verməsindən təsirlənib. Müxbir sonra ona yaxınlaşaraq jurnalist olduğunu deyib və dilənçilərə pul verməməyi tövsiyə edib. Kişi də cavab verib ki, ona üz tutan gerçəkdən ac ola bilər, bunu nəzərə almaq lazımdır.

İkinci halda kağız toplayan bir kişi Səmaya evlənmək təklif edib. Əvvəlcə ərdə olub-olmadığını soruşub. Səma həyat yoldaşının onu atıb getdiyini bildirib. Bu halda kişi “bərabər olmağa nə deyirsən?” sualını verib. Həmin adam “bir iş görməyəcəksən, evdə oturacaqsan” deyib. Yaxınlıqda onları müşahidə edən gənc bir oğlanın müdaxiləsindən sonra kağız toplayan kişi oradan uzaqlaşıb.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »