Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə ölmüş adamı “diriltdi”

Rusiyanın Vladimirski vilayət məhkəməsi ölmüş adamı “dirildib”.

RİA-nın xəbərinə görə, on ildən çox Kirjaça şəhərində bir qadınla yaşayan 69 yaşlı moskvalı kişi yanvar ayında evdən çıxıb.

Küçədə özünü qəribə apardığı üçün onu psixoloji xəstəxanaya aparıblar və ona psixoloji xəstə diaqnozu qoyulub.

Bu vaxta qədər təqaüdçü xəstəxanada müalicə alıb.

Onun harada olduğundan xəbəri olmayan qadın polisə xəbər verib.

İyunda şəhər ərazisində suda boğulan kişi meyiti tapılıb və qadın səhvən onun sevgilisi olduğunu təsdiqləyib.

Buna görə həmin şəxs barəsində ölüm aktı tərtib edilib, Moskvada qeydiyyatdan çıxarılıb və təqaüdü kəsilib.

Prokurorluğun müraciətindən sonra məhkəmə onun ölüm haqqında qeydiyyatını ləğv edib. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »