Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
78 ölkəni gəzmiş səyyah: “İraqlılar mina partlayanda sevinirlər” - Video

Bizimyol.infonun növbəti səyyah qonağı səyyah Emin Dostiyayridir. Emin dünyanın 78 ölkəsinin 230 şəhərini gəzib.

Ali təhsilini Amerikada alıb. 36 yaşlı səyyah müntəzəm olaraq, ayda 2 həftə səfərlərdə olur. Dünyanın 40%-ni gəzib-görən Dostiyari indiyənəcən İtaliya, Fransa, Flippin, Kamerun, Zimbabve, Porteriko, Hindistan, Meksika, Avstraliya və digər bir çox ölkələrdə olub.

Getdiyi ölkələrdə maraqlı hadisələrlə qarşılaşan səyyah hər bir məkanı fərqli kriteriyalara görə dəyərləndirir. Planımda 2020-ci ilin sonunadək səfər etdiyi ölkələrin sayını 100-ə çatdırmaq var.

Emin Dostiyayri

-Nə məqsədlə gəzirsiz? Necə oldu səyahət eşqinə düşdünüz?

- Səyahtələrə təhsillə əlaqdar proqramlarla başladım. Öncə Türkiyə, Amerika, Almaniya sonra da başqa ölkələrə. İşlə əlaqədar fəaliyyətim də mənə gəzmək imkanı yaratdı. Bu işlər bir az da qismət işidir. Çox gəzən çox görür və gördüklərinə əmin olur. Məncə, bir yerdə oturaraq dünyagörüşü əldə etmək çətin məsələdir. Səfərlər etdikcə oranı hiss eləyirsən, insanların necə düşündüyünü, necə qidalandığını, necə yaşadığını görürsən. Bəzən Yaponiyadakı inkişafı görüb, kaş biz də bu qədər inkişaf etmiş olardıq, düşünürsən. Bəzən isə Afrikadakı evsiz insanları görüb, bu günə böyük şükürlər edirsən. Təbii ki, gəzib görmək tamam fərqlidir.

- Belə səyahət imkanı verən iş işdir belə ?

-Mən qida mühəndisiyəm

-Bəs hansı sıxlıqla səfər edirsiniz?

-Hər ay iki həftə səyahətlərdə oluram.

-Ailənizlə də gedirsiniz?

-Bəzən onları da aparıram.

-Blogger kimi səyahətləriniz sizə qazanc gətirir?

-Mən əslində blogger deyiləm, bu mənim işim deyil. Sadəcə bir bloq yaratdım, insanlar səfərlrlə bağla suallar verirlər mən də cavablandırıram. Səhifə maraqlı olub oxucusu çoxalanda özlüyündə qazanc gətirməyə başlayır.

Emin Dostiyayri

- Sizə əsasən nə kimi suallar ünvanlanır?

- Əsasən “filan qədər büdcəylə hara gedim, məsələn Türkiyədə məhz haranı görüm” kimi suallar. Özümüm peşəkar məsləhətçi heab edirəm. Deyək ki, Azərbaycanda 100 nəfər İstanbulda olub. Amma onların 90 nəfəri görməli 10 restoran varsa onu görməyiblər. Şərt hardasa yemək yemək, ən mənzərəli yerdə şəkil çəkdirmək deyil. Məsələn urfalıların Sıra gecəsi deyilən bir ənənəsi var. Ədəbi musiqili gecələrdir. İstanblıda bunu yalınız bir restoran təşkil edir və sən ödənişini edib sıra gecəsinin bir parçası ola bilərsən. Burda yörəsəl yeməkləri dada bilərsən, Sufi fəlsəfəsi ilə tanış ola bilərsən, demirhindi deyilən bir içki var, oOsmanlı mətbəxinin şərbətidir. Yalnız bu restoranda dadına baxmaq olar. Onlara qoşul, türkü oxu. Bizimkilər adətən alış- veriş mərkəzlərinə üz tuturlar.Məsələn İstanbula gedən neçə nəfər böyük adaya gedib Zeynalabdin Tağıyevin ordakı villasını görüb? Gedəndə proqram tutub planlı şəkildə hərəkət etmək lazımdır. Öncə dünyaca məhur səyahət saytlarından öyrənib, araşdırısan, rəyləri oxuyursan. Məsələn mən Omo vadisinə getmişdim. Ora gedənlərin sayı az olur. Təbii ki yerli qəbilə tayfası özü rəy yazası deyirllər. (https://www.instagram.com/dostiyari.emin/?hl=tr)

- Omo vadisinə səfər barədə danışaq...

- Efiopiyanın vadisidir. Bu qəbiləni görmək üçün 4 saat maşınla yol gedirsən, gedərkən sürücü, tərçüməçi, silahlı adamı kirayə tutmalı oldum. Çöldə cəngəllikdə yaşayan 100 000 insanın həyatına baxmağa gedirsən. Və təhlükəsizliyə kimsə zəmanət vermir. Düzdür ordakı insanlar da ağ insanlara qarşı aqressiv deyillər və ziyan vurmağa çalışmırlar.Efiopiyada 80 qəbilə var. Omoda 10 qəbilə yaşayır. Komalarda, meşələrdə yaşayırlar. Bəziləri artıq bir az müasirləşiblər, uşalarını xəstəxanaya da aparırlar. Efiopiyaya səfərim 2 həftə çəkdi.Amma Mursi qəbiləsi aqressiv qəbilədir. Onlarla ehtiyatlı olmaq lazımdır. Ailə münasibətləri maraqlıdır. Bir kişinin 5 qadını olur hərəsinə ayrı koma tikir. Baş xanım xüsusi boyunbağı ilə seçilir. Arvad almaq istəyən kişi qadının ailəsinə 32 dana və bir avtomat bağışlayır. Burda qadınların qulaqlarına və dodaqlarına gildən böyük halqalar salması gözəllik rəmzi sayılır. Kimin halqası ən böyükdürsə ən gözəl də o hesab olunur.

- Xəstliklərdən necə sığortalanırsınız?

- Ölən evdə də ölür. Bunun sığortası yoxdur. Afrikada geniş yayılmış malyaariya artıq ölümcül xəstəlik sayılmır. Amma xəbərdar oluram, oxuyub öyrənirəm ki, hansı virusa necə və harda yaxalanmaq olar. Məsələn danqi daxili qanaxma, çikinquya virusu əzələ və oynaq ağrıları verərək öldürür.

- Bir çox ölkələrin barəsində yalnış təsəvvürə malikik. Gedib gəzdikdən sonra “eşitdiyim kimi deyilmiş” dediyiniz hanı ölkə var?

- Məsələn, Əfqanıstan, Pakistan heç də deyildiuyi qədər qorxulu deyil. Əfqanıstanda 13 dəfə olmuşam, çox da mehriban insanlardırlar. Məsələn İran barəsində ABŞ siyasəti daima mənfi təbliğat aparır, başqaları da onu o şəkildə qavrayır. İraq səfərimdə ölümlə göz- gözə gəldim. Məni müşaiyət edən otel işçisi dedi ki, getdiyimiz bu yollara belə mina döşənmiş ola bilər .Mina partladısa sevinməlisən. Bu sözün izahını da sadə şəkildə verdi. Çünki sən ölməyib minanın səsini eşitməklə canını qurtara bilmisən. Artıq ölümə də meydan oxumağı bacarırlar. Avropa hər zaman təhlükəsiz deyil, elə İstanbulun mərkəzində neçə dəfə bomba partladılıb.

Emin Dostiyayri

- Bəs hansı ölkə ən maraqlı təəssürat buraxıb?

- Bilirsinizmi, bu suala cavab olaraq deyə bilərəm ki, baxır sən nə axtarırsan nəyi görmək istəyirsən. Elm texnologiya istəyirsənsə Yaponiyaya get, qəbilələrlə tanış olmaq üçün Efiopiyaya. Hər ölkənin mütləq şəkildə öz adətləri ənənələri sənin marağını çəkəcək ekzotikası var.

- Qida mühəndisi olaraq yəqin ki, səyahət etdiyiniz ölkələrin mətbəxi iə maraqlaırsınız?

- Bəli maraqlanıram, amma bu o demək deyil ki, önümə nə qoyulsa yeyəcəm. Amma timsah, at ətinin dadına baxmışam. At ətini Özbəkistanda yemişəm. Yeri gəlmişkən Özbəkistanda teleqüllənin yaxınlğında böyük bir aş evi var, birdən birə 5000 insan burda aş yeyə bilər. Görməyə dəyən mərasimdir.

Emin Dostiyayri

- Növbəti səfər proqramınızda hansı ölkələr var?

- Hələlik dostlarla şimala, Norveçə, Finlandiyaya Pribaltika ölkələrinə səfər planlaşdırmışıq, Amma bu hələ sadəcə fikirdir. Uzun müddətdir Çinə səfər etməyi düşünürəm və bir də Tibet monastırlarına. O mədəniyyətlə yaxından tanış olmaq istəyiəm. Məsələn Hindistanda Qanq çayı sahilində meyitlərin yandsırılması mərasimini görmüşəm. Tibetdə bu daha fərqli və bəlkə də belə deyərdim dəhşətlidir. Qəbir qazmaq mümkün deyil deyə övladlar öz valideynlərinin meyitlərini parçalayıb qartallara yem edirlər. Bunu çətin də olsa görmək istəyərdim. Mən getdiyim yerdə sadəcə şəkil çəkib paylaşmıram, istəyirəm getdiyim yer barəsində məlumat verim, insanlar da öyrənsin.

İlhamə Rəsulova

Emin Dostiyayri

Son xəbərlər
Bütün xəbərlər »