Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sosial ev”lərin onlayn satışı canlı yayımda təşkil olunsun! - Tələb

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində qalan 248 mənzilin satışını həyata keçirsə də, satışla əlaqədar hələ rəsmi məlumat yaymayıb. Bununla yanaşı, satışla əlaqədar MİDA-nın sosial şəbəkə hesablarında vətəndaşlar narazılıqlarını bildirərək, sistemin gec açılmasını, mənzil əldə edə bilmədiklərini və s. qeyd ediblər.

Bizimyol.info xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İT üzrə ekspert Osman Gündüz bildirib ki, o, onlayn satışda müşahidəçi olaraq iştirak edib.

Osman Gündüz

“Müşahidə etdiklərimin hamısını hər zaman açıqlayıram. Monitorda gördüklərim əsasında deyə bilərəm ki əvvəlki proseslərdən fərqli hər hansı bir hal müşahidə etmədim. Monitordan görsəndi ki ilkin seçim təxminən 11-12 san ərzində baş verib.

Bu gün reallaşan onlayn satışla bağlı mənim tanıyıb, rəyinə hörmətlə yanaşdığım xeyli sayda istifadəçilər sistem işə düşən anda bir neçə saniyəlik, 4-5 saniyəlik ləngimənin olduğunu iddia edirlər. Bildirirlər ki əvvəllər belə hal olmayıb”,-deyə Osman Gündüz bildirib.

Ekspert qeyd edib ki, seçim prosesinin mahiyyəti elə qurulub ki bir neçə saniyə, hətta bir saniyə də nəticəyə təsir edə bilir: “Bildiyim qədər MİDA təhlükəsizlik və botların qarşısını almaq üçün bu dəfə əlavə də tədbirlər görübmüş , CAPTCHA-nı da dəyişib.

Beləliklə, düşünürəm ki bu gün gerçəkləşən onlayn satışda əvvəlkindən fərqli situasiya olub. Bu yeni situasiyanın, sistemin ləngiməsinin səbəbləri araşdırılmalı və açıqlanmalıdır.

Düşünürəm ki araşdırmadan sonra narazı və şikayətçi olan iddiaçılarla, müstəqil İT mütəxəssislərin iştirakıyla MİDA-da görüş keçirmək, birgə log fayllara baxmaq faydalı olardı. MİDA bütün şikayət və narazılıqların diqqətlə araşdırılacağını bildirib”.

O.Gündüz deyib ki, o, şəffaflığın təmin edilməsi üçün insan iştirakının minimuma endirmək üçün İT-nin tətbiqini təqdir edir: “Bununla belə İT bacarıqları yetərli olmayanlar üçün əlavə seçim imkanları yaradılmasını vacib hesab edirəm və bunla bağlı təklifləri vermişik. Əgər növbəti onlayn satışlarda canlı yayım təşkil olunmayacaqsa onda mən müşahidə prosesində iştirakıma yenidən baxacam”.

Ramid İbrahimov, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »