Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış jurnalistdən “Gələcəyə ön söz”

Qulu Məhərrəmlinin publisistik məqalələr toplusu işıq üzü gördü

“Altun kitab” nəşriyyatında tanınmış jurnalist və publicist, professor Qulu Məhərrəmlinin “Gələcəyə ön söz” adlı kitabı çapdan çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə həsr edilmiş kitabda müəllifin 2013-2019-cu illərdə “Ayna” qəzetində və ayna.az saytında dərc edilmiş publisistik məqalələri toplanmışdır. Müxtəlif mövzuları əhatə edən bu yazılarda yaşadığımız dövrün, cəmiyyətin və ölkənin ən fərqli problemləri, o cümlədən Azərbaycan mediasının problemləri qələmə alınmışdır.

Qulu Məhərrəmli Qulu Məhərrəmli

Müasir dünyamızda mövcudluq uğrunda çarpışan insanların üzləşdiyi müxtəlif sosial-mənəvi problemlərdən, müasirlərimizin duyğu və düşüncələrindən bəhs edən bu yazılar bütövlükdə yaşadığımız dövrün mürəkkəb mənzərəsini yaradır.

Kütləvi tirajla çap edilmiş kitabın redaktoru və ön sözün müəllifi Elçin Şıxlı, bədii tərtibatı Fəridə Ziyadova, dizayneri Səbinə Vəzirovadır.

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »