Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimlərin maaşı 50 faiz artırılıb: Ali Məclisinin Sədri sərəncam verib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Vasif Talıbov Vasif Talıbov

Sərəncamda bildirilir ki, göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Babək rayonunda icbari tibbi sığorta tətbiq edilməlidir.

Sərəncamla Babək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.

Naxçıvanın Nazirlər Kabinetinə tapşırılıb ki, Babək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2020-ci il yanvarın 1-dən 50 faiz artırılmasını təmin etsin.

Qeyd edək ki, V.Talıbov bundan əvvəl Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdı.

Sərəncamla Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2019-cu il dekabrın 1-dən 50 faiz artırılıb.(oxu.az)

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »