Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əks yola çıxan avtobus sürücülərini Vaqif Əsədov "qarşıladı" - Video

Bakıda avtobus sürücüləri yolu əks istiqamətdə gedərək kobud qayda pozuntusuna yol veriblər.

Qayda pozuntusu səhər saatlarında Babək prospektində qeydə alınıb.

Belə ki, 30 (dövlət qeydiyyat nişanı: 10 TG 389) və 49 saylı marşurut avtobuslarının sürücüləri hərəkətin əksi istiqamətinə hərəkət ediblər. Həmin vaxt ərazidən keçən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov hər iki sürücünü saxlayıb.

Vaqif Əsədov  bildirib ki, hər iki sürücü hərəkətin əksi istiqamətində getdikləri üçün onlar qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar:

“Son zamanlar Babək prospektində avtobus sürücülərinin hərəkətin əksi istiqamətinə hərəkət etməklə “Ağ şəhər” istiqamətində getməsi barədə məlumatlar çox ciddi narahatlıq yaradıb. Bu istiqamətdə Bakı Şəhər Dövlət Yol Polisi kameraların köməyi ilə müvafiq tədbirlər həyata keçirir. Bu gün səhər saatlarında Babək prospektindən 10-cu Zavod dairəsi istiqamətində yaranmış sıxlıq zamanı iki avtobus sürücüsü bir-birinin arxası ilə qeyd edilən istiqamət üzrə hərəkətin əksinə hərəkət etməsinə şəxsən özüm şahidi oldum. Çünki özüm də həmin istiqamətdə gedirdim. Bu zaman hadisə yerindəcə həmin avtobusları saxladım. Dərhal da Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mayis Ağayevə və avtobus şirkətinin - “Azlənd Plaza” MMC sahibi Habil müəllimə də bu barədə məlumat verdim. Həmin sürücülər barəsində təsirli tədbirlər görüləcək”.(report)

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »