Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cinayətkar aləmin Qarabağ konsepsiyası: ermənilər Kubanı ələ keçirib - Video

Rusiyanın Krasnodar vilayətində fəaliyyət göstərən müstəqil jurnalist, millətlərarası münasibətlər üzrə ekspert Yevgeni Mixaylov Dağlıq Qarabağdan olan erməni kriminal elementlərinin Kubanı faktiki ələ keçirdiyinə dair sensasion araşdırmalarını özünün YouTube kanalında yaymağa başlayıb.

Mixaylovun araşdırması “Cinayətkar aləmin Qarabağ konsepsiyası” adlanır və Rusiyanın cənubunda etnik cinayətkarlığın necə kök salmasından bəhs edir. Rusiyalı jurnalist qeyd edir ki, 1988-1994-cü illərdə Qarabağda gedən müharibə zamanı döyüş təcrübəsi qazanmış, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təlim keçdiyi erməni səhra komandirləri və onların adamları atəşkəsdən sonra Krasnodar vilayətinə axın edib. Vilayətdə erməni cinayətkar birləşmələri leqal fəaliyyət adı altında pərdələnmək üçün “Qarabağ həmyerliləri” cəmiyyəti yaradıblar. Habelə onlara vilayətdəki erməni kilsəsi dəstək verib.

Qarabağdan olan yaraqlılar özləri ilə Krasnodara silah-sursat arsenalı da aparıblar. Onlar regionun ən gəlirli infrastrukturunu ələ keçirməyə başlayıblar. Belə ki, Qarabağ erməniləri Rusiyanın cənubunda əvvəlcə limanlar, neftayırma zavodları üzərində kriminal nəzarəti ələ alıblar. O cümlədən Tuapsedə, Temrukda, Biyskdə, Novorossiyskdə. Daha sonra erməni mafiyası bazarları, turizm obyektlərini, mehmanxanaları, digər gəlirli obyektləri ələ keçirib.

Təbii ki, bu zaman yerli kriminal qruplaşmalar və digər etnik mütəşəkkil cinayətkar dəstələr –“Tolyatti qruplaşması”, “Kemerovo qruplaşması”, gürcü qruplaşması qarabağlılara müqavimət göstərib. Habelə qarabağlıların Krasnodarda güclənməsi Stavrapoldakı erməni mütəşəkkil qruplaşması ilə də toqquşmalara səbəb olub.

Jurnalist bildirir ki, erməni mafiyasının ən odioz nümayəndələri killerlər bazarına daxil olublar və bizneslərini ələ keçirmək üçün yerli sahibkarları öldürüblər. Beləliklə, 10 il sonra Kubanda olduqca güclü etnik cinayətkar qruplaşma formalaşıb. Bu məqamda erməni mafiyası yerli hakimiyyət strukturlarında, qanunverici orqanlarda təmsil olunmaq üçün işə başlayıblar. Kriminal keçmişləri onlara mane olduğu üçün 2000-ci illərin ortalarında onlar öz bizneslərini leqallaşdırıblar, “uğurlu biznesmenlərə” çevriliblər və yerli hakimiyyət orqanlarına daraşıblar.

Nəticədə 2010-cu ildə Kubanda istənilən hakimiyyət orqanı öz qərarlarında Qarabağ ermənilərinin maraqları ilə hesablaşmağa məcburdur.(virtualaz.org)

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »