“ABŞ və Rusiya Türkiyənin sərhədində olan Suriya kürdlərinin problemlərini həll etməli, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.
Bizimyol.info xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Naziri Hulusi Akar dilə gətirib. Onun sözlərinə görə, Türkiyə həm amerikalılar ilə, həm də ruslar ilə fəaliyyətini koordinasiya edir. Bu koordinasiyanın hələ də davam etdiyini bildirən Akar tərəflər arasında razılaşma imzalandığını və digər tərəflərin də bu razılaşmanın qaydalarına riayət etməli olduqlarını qeyd edib. Nazir “Sülh çeşməsi” antiterror əməliyyatı zamanı kürdlərə Ankara ilə bağlı çoxlu sayda yalan məlumatlar daxil olduğu haqda məlumat yayıb.
“Türkiyə hərbiçilərinin Suriyanın terrorçulardan azad etdiyi əraziləri artıq təhlükəsizdir. Lakin sərhədə yaxın bir bölgədə yaradılan təhlükəsizlik zonasının şərq və qərb hissələrində hələdə “dostlarımızın gecə və gündüz izlədiyi terrorçular” qalmaqdadır”.
Qeyd edək ki, Amerika hərbiçiləri “Sülh çeşməsi” əməliyyatı zamanı Suriyada tərk etdikləri təhlükəsizlik bazalarına qayıdıb. Onlar ölkənin neft ilə zəngin olan hissəsində öz mövqelərini gücləndiriblər.
Xatırladaq ki, oktyabrın 9-u Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Sülh çeşməsi” antiterror əməliyyatını başlatdığını elan edib.
Adelya