Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhani: "Yaponiya İrana qarşı hərbi koalisiyada yer almayacaq"

Yaponiya Körfəzdə təhlükəsizliyin təmin olunması üçün ABŞ-ın yaratdığı hərbi koalisiyada iştirak etməyəcək.

Bunu İran Prezidenti Həsən Ruhani televiziyada çıxışı zamanı deyib. O bildirib ki, Yaponiya hökuməti İrana qarşı heç bir hərbi ittifaqda iştirak etməyəcəyini birmənalı olaraq açıqlayıb. Rəsmi Tokio İranın Hörmüz sülh təşəbbüsünü dəstəkləyir.

Yerli və xarici mətbuat İran Prezidentinin bu açıqlamasını sensasiya kimi təqdim edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Uzaq Şərqdə ABŞ-ın ən yaxın müttəfiqi olan Yaponiya rəsmi Vaşinqtonun Körfəzə dair planlarında yer almaq istəmir. Bunun bir neçə səbəbi ola bilər. İlk növbədə, ABŞ bilərəkdən Yaponiyanı hərbi koalisiyadan kənarda saxlayır. Vaşinqtonda anlayırlar ki, Avropa dövlətləri 2015-ci ildə imzalanan “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” müqavilədən çıxmasalar da, müqavilənin şərtlərinə də əməl etmirlər. Buna görə də avropalılar İran qarşısında etimadlarını itiriblər. Yaponiya isə ABŞ ilə müttəfiq olduğu halda İran ilə əlaqələrini davam etdirəcəyini açıqlayıb. Bu da İranda rəsmi Tokioya etimadı artırıb. Bu vəziyyətdə Tehran Yaponiyanın sözünü daha ciddi qəbul edər, nəinki Avropanın. Belə olan halda ABŞ Yaponiya vasitəsilə İranı bəzi məsələlər ətrafında razılığa gəlməyə məcbur edəcəyini düşünür.

Lakin İran fars diplomatiyası da öz incəliyi ilə seçilir. Yaponiyaya etdiyi birgünlük səfərlə rəsmi Tokionun Körfəzdə formalaşdırılan hərbi koalisiyada yer almamasını təmin edən Həsən Ruhani diplomatik qələbə qazanıb. Bu qələbənin mahiyyəti ondan ibarətdir ki, Yaponiya qadağalara baxmayaraq, İrandan neft almağa davam edəcək ki, bu da Tehran üçün olduqca zəruridir. Sanksiyaların İran iqtisadiyyatına böyük zərbə vurduğu bir məqamda Yaponiyanın İrandan neft alması ölkəyə xarici valyutanın daxil olmasını təmin edəcək ki, bu da indiki zamanda Tehran üçün çox vacibdir.

ABŞ hələlik Yaponiya-İran münasibətlərinin isinməsinə kəskin reaksiya verməyib. Həsən Ruhaninin Yaponiyada qazandığı nailiyyətin nə qədər davam edəcəyini və qarşılıqlı əməkdaşlığın hansı səviyyədə həyata keçəcəyini isə zaman göstərəcək.(Azertag.az)

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »