Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gültəkin Əsgərova" təchizat-yedək gəmisinin əsaslı təmiri başa çatdırılıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus "Gültəkin Əsgərova" təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb.

ASCO-dan verilən məlumata görə, təmir işləri "Bibiheybət" Gəmi Təmiri Zavodunda aparılıb.

Məlumata əsasən, təmir müddətində baş və köməkçi mühərriklər, buxar qazanı, braşpil, şpil qurğusu, yağ və su soyuducuları, hava balonlarının armaturları, müxtəlif təyinatlı nasoslar, separatorlar, kompressorlar, köməkçi mühərriklərin generatorları, elektrik mühərrikləri və boru sistemləri təmir olunub. Eyni zamanda, avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib.

"Heyətin yaşayış otaqlarında yeni mebellər quraşdırılıb, sanitar qovşaqlarda və yeməkxanalarda lazımi təmir işləri aparılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları təmir edilib", - deyə ASCO-dan bildirilib.

Sualtı hissəsinin texniki vəziyətini yoxlamaq məqsədilə gəmi tərsanəyə qaldırılıb və dib-yan armaturlarının, protektor qurğularının təmiri işləri aparılıb, gəminin sualtı və suüstü hissələrində zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu-təkərlər yenilənib.

Gəminin dəniz sınağıı işləri uğurla başa çatıb, məlumatda bildirilir.

"Gültəkin Əsgərova" gəmisi ASCO-nun digər təchizat-yedək gəmiləri kimi dənizdəki neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında iştirak edəcək.(apa)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »