Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkumların mübahisəsi qətllə nəticələndi

Balakən rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Dekabrın 20-də Balakən rayonu ərazisindəki tikintisi başa çatmamış evlərin birində Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Məmmədhəsən Rəhimovun üzərində xəsarətləri olan meyitinin tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən İtitala kənd sakini, əvvəllər də qəsdən adam öldürmə və xuliqanlığa görə məhkum olunmuş H.Nəsibov saxlanılmışdır.

Araşdırmalar zamanı məlum olub ki, M. Rəhimov tanışı Hacımurad Nəsibovun evində spirtli içki qəbul edib. Daha sonra aralarında yaranan münaqişə zəminində H. Nəsibov M. Rəhimovu yarımtikiliyə apararaq taxta ilə baş nahiyyəsindən bir neçə zərbə vurmaqla qətlə yetirib.(ölkə.az)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »