Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üç ölkənini siyasi və iqtisadi əməkdaşlığı ittifaq səviyyəsinə yüksəlib

"Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçirildi. Nazirlər ayrı-ayrılıqda da görüşüb fikir mübadiləsi apardılar".

Bizimyol.info xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Tbilisidə baş tutat görüşünü şər edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu

Siyasi şəhrçi bildirib ki, bu, 3 ölkənin xarici işlər nazirləri arasında 8-ci görüşü idi: "Tbilisidəki görüşdə hansı razılaşmalar və qərarlar qəbul edildi?

Birincisi, enerji, nəqliyyat və müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 2020-2022 illəri əhatə edən yeni plan imzalandı. Bu müxtəlif sahələrdə konkret əməkdaşlıq əlaqələrinin inkişafına təkan verməlidir.

İkincisi, nazirlər qeyd etdilər ki, bölgədə mövcud olan konfliktlər sülh və təhlükəsizliyə təhlükə törədir. Ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün qorunması vacibdir və bu baxımdan üçtərəfli əməkdaşlıq vacibdir. Nazirlər bir daha qeyd etdilər ki, bölgədə mövcud olan münaqişələr ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Üçtərəfli görüş çərçivəsində imzalanan birgə bəyanata Azərbaycan tərəfindən tam təhlükəsizliklə bağlı bölmə əlavə edilməsi təklif edildi və bu təklif qəbul olundu.

Üçüncüsü, Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə qeyd etdi ki, Keşikçidağ məsələsi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində öz həllini tapacaq. Yəni gürcü nazir demək istədi ki, Tbilisi Keşikçidağ məsələsində Bakı ilə münasibətlərdə problem istəmir. Bu Azərbaycanın da maraqlarına uyğundur. Hazırda müvafiq komissiya öz fəaliyyətini davam etdirir.

Dördüncüsü, Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamları ən qısa zamanda biznes əlaqələrini genişləndirmək məqsədilə toplaşacaqlar. Bu toplantı 3 ölkənin biznesmenləri üçün yeni əməkdaşlıq platforması yaratmalıdır.

Beşincisi, Tbilisidəki görüşdə vurğulandı ki, Bakı-Tbilisi-Qars dəmir yolunun və Dəmir İpək Yolunun gücləndirilməsi məqsədilə xəttin tutumunun artırılmalı və infrastruktur çatışmazlığı aradan qaldırılmalıdır. Bu da vacib razılaşmadır. Çünki, nəqliyyat xətti işə düşsə də, müxtəlif səbəblərdən hələ ki, tam gücüylə işləmir. Bu səbəblər aydılaşdırılmalı və problemlər qısa zamanda həll olunmalıdır.

Altıncısı, tərəflər müdafiə sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq etdilər, müdafiə sənayesində növbəti əməkdaşlıq, üçtərəfli təlim və məşğələrdə əməkdaşlığın, eləcə də yüksək səviyyəli görüşlərin zəruriliyini vurğuladılar. İl ərzində 3 ölkə arasında birgə hərbi təlimlər keçirilir, müdafiə nazirləri görüşürlər. Sonuncu görüş bu il Qəbələdə olmuşdu. Bu da əməkdaşlığın çox vacib qollarından biridir.

Beləliklə, Azərbaycan-Gürcüstan-Türkiyə siyasi və iqtisadi əməkdaşlığı bölgədə ciddi amilə çevrilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidəki mətbuat konfransında bu əməkdaşlığı haqlı olaraq belə qiymətləndirdi: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq təkcə strateji əhəmiyyət kəsb etmir, üç ölkə ittifaq səviyyəsinə yüksəlib. Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi və iqtisadi sahələrdə ümumi mövqeləri var”. Söhbət üçlü ittifaqdan gedirsə, ara-sıra yaranan problemlər ittifaqa zərər verilmədən həll edilməlidir".

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »