Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur səyahət proqramı “Oryol i Reşka”nın izləyicilərdən gizlədilən sirləri

Rusiya telekanallarında yayımlanan “Oryol i Reşka” proqramı milyonlarla izləyicinin marağını qazanıb. Proqramda dünyanın müxtəlif ölkələrinə səyahətə çıxan iki aparıcı mərc gəlir, biri qızıl və limitsiz kartla, digəri isə 100 dollarla 2 gün getdiyi ölkədə yaşadığını nümayiş etdirir.

Qızıl kart sahibi dünyanın ən bahalı otellərinin kral dairələrində gecələyir, qiyməti 50 min dollara qədər olan yeməklərin dadına baxır, ən lüks avtomobillərlə gəzir. 100 dollarla səyahət edən aparıcı isə məlum məsələdir ki, qənaətlə keçinmək zorunda qalır. Bir çoxlarını bu şounun nə qədər real şərtlərdə çəkilməsi çox maraqlandırır və prodüsserlər də şounun sirrlərini ciddi cəhdlə gizləməyə çalışırlar.

Lakin bəzi məlumatlar sıza bilir.

Məsələn şouda hər şey öncədən planlaşdırılır. Redaktorlar hər detalı öncədən planlaşdırır, gediləcək otel və məkanlar öncədən razılaşdırılır. Bahalı otellərdə bir gecə yox sadəcə bir neçə saatlıq çəkiliş aparılır. Nömrə bir neçə saat ərzində arendaya götürülür. Üstəlik proqram bu reklam çəkilişləri üçün pul da qazanır. Azərbaycana, Gürcüstana və Ermənistana səfər zamanı öncədən planlaşdırma işləri daha çox gözə çarpmışdı, Vaşinqton, Kanada kimi ölkələrdə aparıcılara demək olar ki, ölkə tərəfindən diqqət göstərilməmişdi. Proqramda hansı aparıcıya qızıl kart veriləcəyini mərc təyin etsə də müsəlman ölkələrdə xanım aparıcılara mütləq qızıl kart verilir. Çəkiliş qrupu 8 nəfərdən ibarətdir. Komandada operatordan başqa hər kəs aparıcının təhlükəsizliyini qorumağa cavabdehdir. Operator isə bütün anları qeydə almaq üçün cavabdehdir.

Ekzotik yeməklərin ( ilan, qurbağa, böcək, ilbiz əti və s.) dadına baxmaq aprıcının vəzifə borcudur, əks halda müqaviləyə əsasən, 5000 dollar cərimə gözlənilir. Çəkiliş hər səhər saat 6-da başlanır. 6 ay davamlı səyahətdə olmaq, jetlaq vəziyyətləri çəkiliş qrupunu yorur, üstəlik bu onların şəxsi həyatlarına , münasibətlərinə də mənfi təsir göstərir. Ona görə, aparıcıları hər mövsüm dəyişirlər. Aparıcı olmaq üçün gərgin müsabiqədən keçmək, üzmək, yüksəklik qorxusunun olmaması, avtomobil idarə etmək kimi özəllikllər vacibdir.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »