Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəbnəm Tovuzlu: "Mənimlə yanaşı adının çəkilməsi kimlər üçünsə şərəf olar"

Efirdən kiminsə adının mənimlə çəkilməsi onun üçün şərəf ola bilər.

Bunu müğənni Şəbnəm Tovuzlu “Xəzər TV”də yayımlanan “Hər Şey Daxil” verilişində son günlər onun haqqında danışanlara efirdə cavab verməməsi səbəbindən bəhs edərkən deyib.

“Mən efir vasitəsilə cavab vermirəm. Lazım olanların cavabını şəxsən verirəm. Amma bu barədə mətbuata yazmağa razı olmuram. Çünki bəzilərinə mənimlə adının çəkilməsi şərəf olar. Ona görə də, sözümü özlərinə deyirəm. Ondan sonra yerlərinə otururlar”, - deyə müğənni bilidirib.

Şəbnəm Tovuzlu əlavə edib ki, kimsə onu sındıra bilməz:

“Eyni zamanda mənə toxuna bilməzlər. O cür insanlar haqqında danışmağım onlara şərəf olar. Yalnız haqsızlıq olan yerdə cavab verirəm”. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »